Digər
Türkiyədə kömür mədənində güclü partlayış baş verib - YENİLƏNİB (7)
17:05
Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb. "Haber7" telenalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
10:05
Türkiyənin Manisa vilayətinin Soma mahalında partlayış baş verən kömür mədənində yanğın hələ davam edir.
Publika.az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xilasetmə tədbirlərində qatılan mədən işçisi Sami Kılınc mədəndə xilas edilməyən 350-400 adamın olduğunu bildirib.
Doqquz ildir mədəndə çalışdığını ifadə edən Kılınc maska olsa da xilas olmağın çətin olduğunu deyib: “Partlayış olanda elektrik olmur, elektrik olmayanda ventilyatorlar çalışmır və hava axını kəsilir. Hava axını kəsiləndə isə həyatda qalmaq ehtimalı da sıfra yaxınlaşır. Bizə verilən təlimə görə, maska ilə 45 dəqiqəyə təmiz havaya çıxmalıyıq. Min beş yüz metri 45 dəqiqəyə çıxmaq mümkün deyil”.
“Cəsədlər müxtəlif yerlərdə idi. 4-5 adam bir yerdə, 10-u başqa bir yerdə idi. Daxil olmayan partlayış yerlərində cəsədlər toplu ola bilər”, - o, vurğulayıb.
Ömər Dağlı
09:51
Qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.
Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.
Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadınlardır.
***
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən
mədəndə güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, partlayış əticəsində 1 nəfər ölüb, 19
nəfər ciddi xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi
deyilir.
Rəsmilər uçqunun altında 200-300-dək fəhlənin qaldığı
bildiriblər.
Bu dəqiqələrdə uçqun altında qalan fəhlələrin xilasetmə əməliyyatı davam etdirilir.
21:19
Türkiyədən alınan son məlumata görə, hadisə
nəticəsində 20 nəfər ölüb. Onların hamısı tüstüdən zəhərlənib və
aldıqları xəsarətlərdən dünyalarını dəyişib.
İlkin versiyaya görə, partlayışa səbəb mədənin
elektrik naqillərində baş vermiş qısaqapanma olub.
Partlayış baş verən an şaxtada 580 fəhlə olub,
onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift
sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində
problem yaranıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları
cəlb olunub. /Ans/
02:20
CNNTürk-də canlı yayıma qoşulan Manisanın bələdiyyə başçısı Çinciz Ürgən mədəndəki faciə nəticəsində ölənlərin sayının 157-ə çatdığını açıqlayıb
***
01.06
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mədəndəki faciə ilə əlaqədar Makedoniya səfərini təxirə salıb. Musavat.com xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.
***
00.35
CNNTürk-də canlı yayıma qoşulan Manisanın bələdiyyə başçısı Çinciz Ürgən mədəndəki faciə nəticəsində ölənlərin sayının 157-ə çatdığını açıqlayıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mədəndəki faciə ilə əlaqədar Makedoniya səfərini təxirə salıb. Musavat.com xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.
05:12
Son məlumata görə, ölənlərin sayı 201 nəfərə çatıb. Bu barədə məlumatı Türkiyənin enarji və təbii srvətlər naziri Taner Yıldız verib.
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı