Digər
Yer kürəsini xilas edən yeganə sirr – (ŞOK FAKTLAR)
Yəqin ki, əksər adamlar Eynşteynə verilmiş bu sualı yaxşı xatırlayar: üçüncü dünya müharibəsi haçan baş verəcək?
Alimin suala cavabı konkret olur: “Üçüncünü bilmirəm, amma dördüncüsü dəyənəklə olcaq”.
Əslində Eynşteynin bu sözündə həqiqət ondan ibarət idi ki, üçüncü dünya müharibəsi baş verərsə, nüvə silahına malik dövlətlər qarşılıqlı nüvə zərəbələri ilə üstündə əyləşdiyi budağı kəsəcək. Yer üzərində növbəti təkamülə qədər canlı varlıqdan belə söz gedə bilməycək.
Bəs bunun baş verməmək və yaxud baş vermək ehtimalı nə qədərdir?
ABŞ –ın real olaraq avqustun 6-da “Little Boy”u Hiroşimaya, atmasından sonra həqiqətin iki üzü arasında dilemma yarandı.
Ötən 69 il müddətində təcrübə də onu göstərdi ki, uzun müddət nüvə əldə etmə təhlükəsinin davam etməsinə baxmayaraq, əslində nüvə, atom sənayesi ölkənin əsas təhlükəsizlik qarantı olmaqla yanaşı sülhün həssas təminatçısı imiş.
Bunu acı da olsa, kifayət qədər faktlarla təsdiq etmək olar:
Yaponiyaya –Hirosima və Naqasakiyə atılmış bombalardan sonra İkinci dünya müharibəsində kəskin dönüş baş verdi.
Asiya, Sakit okean cəbhəsində Yaponiya qəti məğlubiyyətə uğradı. Bu, nəticə əslində daha az itki və daha tez təslimiyyətçiliyi rəsmiləşdirdi.
ABŞ dünya müharibəsinin gedişinə nüvə silahına malik olmaqla dünyada üstünlüyünü də qəbul etdirmiş oldu.
Amma, 1949-cu ildə SSRİ-nin bu silaha sahib olmasıABŞ-ın təkdünya arzularını gözündə qoydu. İki nüvə dövləti real güc paylaşımını yaratdı. Bu balans sonralar da ümumdünya sülhünün əsas atributu oldu.
Məhz bundan sonra, ABŞ və SSR heç zaman aktiv hərbi əməliyyatlarda birbaşa üz-üzə gəlmədilər.
Cuban missile crisis- Növbəti qurtuluş
1962-ci ilin məşhur Kuba böhranı bir daha dünyanın dəyənək dövrünə getməsindən saxlaya bildi.
Nikson və Xuruşşovun Türkiyə və Kubada anlaşa bilməməsinin acısını bütün dünyanın ödəməli olduğunu artıq hər kəs başa düşmüşdü.
Səudiyyədə səcdə gedənlərdən tutmuş kilsədə xaç çəkənlərə qədər –hər kəs sonu gözləməyə davam edirdi.
Amma bir də iki nöqtədə-Kreml və Ağ evdə əlini sadəcə düyməyə basamaq üçün əmr gözləyən iki insan vardı.
Son addımı heç kim atmadı.
Çünki qlobal fəlakətin özündən də yan keçməyəcəyini hər biri anlamamış deyildi.
İllər sonra, baş vermiş Koreya, Vyetnam, Əfqanıstam müharibələri iki nüvə dövlətinin “avtomatlar”la savaşından o tərəfə getmədi.
Rusiya niyə dağılmadı?
Bjezinskinin də dediyi kimi vahid dünya evinin yaranması üçün SSRİ- dağıdıldı. Amma burda daha fərqli bir situasiya meydana çıxdı.
Rusiya dağılacaqmı?
Böyük nüvə arsenalına malik güclü SSRİ-nin xarabalıqları altında boy atan zəif Rusiyanın nazı ilə oynamaq daha asan idi, nəinki, Rusiyanın yerində yaranacaq 30 yaxın dövlətlə mübarizə aparıb, nəzarət etmək.
Dəqiq sərhədləri olmayan, potensial münaqişə ocaqları olan federasiyaların problemi ən asan yolla həlli təbii ki,əlində olan nüvə silhaı olacaqdı.
Nüvə nöbvbəti dəfə Rusiyanı xilas etməklə, dünyanın da ölüm hökmünün vaxtından əvvəl verilməsnini qarşısını ala bildi.
60-ci illərdən sonra bir sıra dövlətlər bu və ya başqa yolla nüvə silahına sahib ola bildilər.
Rəsmi:
- Amerika Birləşmiş Ştatları. 2009-cu ilin yanvarına olan məlumata görə, bu dövlət əksər hissəsi strateji təyinat daşıyan 7900 nüvə başlığına sahibdir. Praqada etdiyi çıxışında ABŞ prezidenti Barak Obama strateji planda nüvə arsenalının sıfıra endirilməsini qarşılarına məqsəd olaraq qoyduqlarını bildirib.
- Rusiya Federasiyası. Bu ölkə təqribən 14 min nüvə silahı vahidinə sahibdir. Amma bu rəqəm daha böyük olar bilər və rəsmi olaraq dəqiq statistikanı Rusiyanın özündən başqa heç kim bilmir, çünki taktiki silahların sayı barədə konkret rəqəm yoxdur. Nüvə başlıqlarının sayına gəlincə, 2009-cu ilin yanvarına olan məlumata görə, Rusiya 1991-ci ildə razılaşdırılmış ixtisarlardan sonra hazırda 3909 ədəd nüvə başlığına sahibdir.
- Fransa. 2008-ci ilin məlumatına görə, Fransa 400-dən artıq nüvə başlığına sahib olub, amma həmin il prezident Nikola Sarkozi bu arsenalın 290 nüvə başlığınadək azaldılacağını bildirmişdi. 2008-ci ilin sentyabrında ixtisarlardan sonra ölkənin nüvə arsenalı 300 nüvə başlığı həcmində elan edilmişdi. Ölkə prezidenti sualtı raket arsenalını isə bütünlüklə ləğv edəcəklərini açıqlayıb.
- Böyük Britaniya. Birləşmiş krallığın nüvə arsenalı təqribən 200 nüvə başlığı həcmindədir və bu arsenal 4 ədəd nəhəng «Avanqard-klass» sualtı qayıqlarda döyüşə hazır vəziyyətdədir. Bu qayıqlardan ikisinin 2024-cü ildə ləğvi nəzərdə tutulur. Digərlərinin isə yeni nüvə sualtı qayıqları ilə əvəzlənməsi planı işlənməkdədir.
- Çin Xalq Respublikası. Bu dövlətin nüvə arsenalı 250 strateji və taktiki nüvə silahı vahidindən ibarətdir. Amma ölkənin «nüvə çəkisi»ni artıran faktor ondan ibarətdir ki, Çin daha böyük nüvə arsenalının istehsalı üçün tələb olunan «atom yanacağı materialları»na malikdir. Ölkə beynəlxalq sazişlərə qoşulmaqla nüvə silahından qeyri-nüvə dövlətlərinə qarşı istifadə etməyəcəyi barədə öhdəlik götürüb.
Bəyan edilmiş:
- Şimali Koreya. Bu dövlət 2005-ci ildə nüvə proqramlarından imtina etdiyini bəyan etsə də, sonradan bu öhdəlikdən boyun qaçıraraq 2006-cı ilin oktyabrında və 2009-cu ilin mayında nüvə qurğularının sınağını həyata keçirib. Ölkə öz nüvə ambisiyalırını məhdudlaşdırmaqla bağlı Cənubi Koreya, Çin, Yaponiya, Rusiya və ABŞ da daxil olmaqla altıtərəfli danışıqlardan imtina edib. Ekspertlər əmindirlər ki, Şimali Koreya 6-8 aralığında atom bombası üçün tələb olunan həcmdə plutonium istehsal etməyə nail olub.
- Hindistan. Bu dövlət rəsmi olaraq özünü nüvə dövləti elan edib. Ehtimal edilir ki, Hindistan ən azı 100 ədəd nüvə başlığı üçün tələb olunan həcmdə plutonium hazırlaya bilib. 2007-ci ilə aid məlumatda isə Hindistanın artıq təqribən 50-60 ədəd nüvə başlığı quraşdırdığı açıqlanıb.
- Pakistan. Nüvə dövlətlərinin siyahısında yer alan yeganə müsəlman dövləti olan Pakistan 580-800 kq aralığında zənginləşdirilmiş urana sahibdir ki, bu da təqribən 30-50 ədəd atom bombasının hazırlanması üçün yetərlidir. Artıq müəyyən sayda raket qurğularının quraşdırıldığı da bəllidir. ABŞ-ın yaydığı məlumatlara görə, Pakistanın nüvə materiallarını, elmi ekspertizaları və texniki avadanlıqları əldə etməsinə Çin yardımçı olub. Qərb ekspertlərinin fikrincə, Pakistanda qiyamçı qüvvələrin nüvə raketi və ya atom materiallarını ələ keçirmək imkanları var ki, bu da dünya üçün təhlükə mənbəyidir. Hindistan və Pakistan dövlətlərinin heç biri nüvə silahını yaymamağa dair sazişi imzalamayıblar.
Bəyan edilməmiş:
- İsrail. Bu dövlətin önəmli həcmdə nüvə arsenalına sahib olduğu bildirilsə də, ölkə öz arsenalının həcmi ətrafında çaşdırıcı manevrlərlə qeyri-müəyyənlik siyasəti yürütməkdə davam edir. Ölkənin Dimona reaktorunun plutonium istehsalat gücünü nəzərə alan ekspertlər əmindirlər ki, İsrail 100-200 aralığında müasir nüvə partlayışı qurğusuna sahibdir. İsrail nüvə silahlarını yaymamağa dair sazişə imza atmayıb, amma bu silahlardan ilk olaraq istifadə edən dövlət olmayacağını bəyan edib. Hazırda Vaşinqton nüvə sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin bu müqaviləni imzalamasını israrla tələb edir.
- İran. Nüvə dövlətinə çevrilməkdə olan ikinci müsəlman dövləti İran İslam Respublikasıdır. Bu ölkə uranın zənginləşdirilməsi proqramını həyata keçirir və bunun enerji istehsalını nəzərdə tutan dinc məqsədlərə xidmət etdiyini bəyan edir. ABŞ rəsmilərinin hesablamalarına görə, hazırkı onilliyin ortalarınadək İran artıq döyüş hazırlığı vəziyyətində nüvə silahına sahib olacaq.
«Nüvə sınaqları bülleteni»nə görə nüvə döyüş başlıqlarının miqdarı
1947 |
1952 |
1957 |
1962 |
1967 |
1972 |
1977 |
1982 |
1987 |
1992 |
2002 |
2009 |
|
32 |
1005 |
6444 |
26.000 |
30.893 |
27.000 |
25.000 |
23.000 |
23.500 |
12.000 |
10.600 |
3.500 |
|
0 |
50 |
660 |
4.000 |
8.339 |
15.000 |
25.000 |
34.000 |
38.000 |
25.000 |
8.600 |
2.800 |
|
20 |
270 |
512 |
512 |
|||||||||
36 |
384 |
384 |
||||||||||
25 |
400 |
|||||||||||
100 |
||||||||||||
200 |
||||||||||||
Yekun |
32 |
1.055 |
7.124 |
30.000 |
39.563 |
40.000 |
49.000 |
57.000 |
63.484 |
40.000 |
20.450 |
Əziz Əlibəyli
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”