Digər
Türkiyə “Gəzi parkı” ilə yenə qarışdı: Toqquşmalar – VİDEO / YENİLƏNİB
Türkiyədə “Gəzi Parkı” ilə bağlı hadisələrin birinci ildönümündə yenidən polislə etirazçılar arasında qarşıdurmalar baş verir.
Publika.az xəbər verir ki, İstanbulda polis Taksim meydanı və ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Meydana aparan bütün yollar polis tərəfindən bağlanılıb.
İstiqlal prospektində toplanıb Taksim meydanına girmək istəyən qrupa polis gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib. Etirazçılarla polis arasında toqquşuma başlayıb. Polis etirazçıları ara küçələrə doğru qova bilib.
Bundan başqa İstanbulun Qazi, Beşiktaş və bir sıra iri məhəllələrində də polislə etirazçılar arasında şiddətli toqquşmalar yaşanır.
“Gəzi Parkı” hadisələrinin ildönümü ilə bağlı etiraz aksiyaları Ankara başda olamaqla Türkiyənin digər iri şəhərlərində də keçirilir. Bu şəhərlərdə də polisin sərt müdaxiləsi var.
YENİLƏNMƏ
Son məlumata görə, İstanbul və Ankaradakı toqquşmalarda çoxlu sayda etirazçı və polis yaralanıb. Onlardan bir neçəsinin durumunun ağır olduğu bildirilir.
Oral Mədənçi
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO