Digər
Azərbaycanlı teleaparıcı: "Xoşbəxt olmaq üçün ailə qurmaq şərt deyil" - FOTOSESSİYA
- Nigar xanım, aparıcılığa gedən yolunuz haradan
başladı?
- Bu ifadəni çoxları işlətsələr də, inanın, məndə də belə olub.
Həvəsim uşaqlıqdan yaranıb. Uşaq olarkən saatlarla güzgünün
qarşısında dayanıb “çıxışlar” edirdim. Aparıcılara həsəd aparırdım.
Düşünürdüm ki, mən də nə vaxtsa televiziya aparıcısı olacam.
Şükürlər olsun ki, arzuma çatdım.
- Bu yolda ayağınız “daş”a dəydi?
- Ümumiyyətlə, mən həyatımda heç nəyi asanlıqla əldə etməmişəm.
Hər şey çətinlik bahasına olub. Çox çətin sınaqlardan çıxmışam.
- İctimai Televiziyaya gəlişiniz necə oldu?
- Əvvəl AZTV-nin radiosunda işləyirdim. Sonra İctimai
Televiziyanın radio aparıcılarından biri oldum. Daha sonra isə
“Carçı” verilişini aparmağa başladım. Artıq beş ildən çoxdur ki,
sözügedən proqramın aparıcılarından biriyəm.
- Niyə məhz xəbərləri seçdiniz?
- Bilmirəm. Bəlkə də xarakterimə uyğun olan format budur, ona
görə.
- Xarakteriniz necədir ki?
- Qapalı və kifayət qədər ciddi bir insanam.
- Bu baxımdan, başqa formatlı verilişlərin aparıcılığını
edə bilməyəcəyinizi düşünürsünüz?
- Əslində, düşünürəm ki, başqa formatlı veriliş aparsam, məndə bir
o qədər də alınmaz. Çünki öz yolumu, demək olar ki, artıq
tutmuşam.
- Sizin simanızdan çox, səsinizi tanıyırlar... Bu səs
radio ve televiziyadan başqa daha haralardan gəlir?
- Hələ ki, heç yerdən (gülür). Mən radioda işləyəndə səsyazma
studiyalarında mənə deyirdilər ki, sənin yaxşı səsin var. Niyə
müğənni olmursan?
- Doğrudan, niyə olmadınız?
- İstəmədim. Çünki aparıcı olmağı hədəfləmişdim.
- Efirdə olduğunuz zaman qeyri-adi hadisələrlə
rastlaşmısınız?
- Bəli, olub. Ən çox da radioda belə hadisələr baş verib. Elə olub
ki, gülməkdən özümü saxlaya bilməmişəm. Amma televiziyada
məsuliyyət ikiqat artıq olduğuna görə, çıxılmaz vəziyyətə düşsəm
də, bunu tamaşaçıya hiss etdirməmişəm.
- Ümumiyyətlə, efirdənkənar çox çıxılmaz vəziyyətə
düşmüsünüz?
- Çox olub. Başımı “itirdiyim” vaxtlar kifayət qədər olub. Ancaq
Allahın köməkliyi ilə belə vəziyyətlərdən çıxmağı bacarmışam.
- Həyat sizi nə ilə üz-üzə qoyub ki?
- Bax, elə dediyim həmin çətin sınaqlarla. Çox əziyyətlər
çəkmişəm.
- Ailəlisiniz, yoxsa hələ də “subaylıq sultanlıqdır”
deyənlərdənsiniz?
- Hələ ki, subayam. Ailə qurmağa bir o qədər də can atmamışam.
Ümumiyyətlə, məncə, xoşbəxt olmaq üçün ailə qurmaq şərt deyil.
- Efirdə kifayət qədər ciddi geyinməyə məcbursunuz, bəs
gündəlik necə geyinirsiniz?
- Gündəlik makiyajdan istifadə etmirəm. Geyimə gəldikdə isə,
yaraşanı geyinirəm. Nə çox uzun, nə də çox qısa geyinə
bilmirəm.
- Tamaşaçılar sizinlə bağlı hansı faktı
bilmirlər?
- Çoxlarına məlum deyil ki, hər dəfə “Carçı”nın əvvəlində səslənən
ermənilərin Azərbaycana qarşı olan işğalçı siyasəti haqqındakı
mətni mən oxumuşam. O mənim səsimdir. Bilmirəm, bu nə dərəcədə
maraqlı olar, amma bir faktı dedim (gülür).
- Hansı fikri bitirmək istərdiniz?
- Yaşadığım çətinliklərdən sonra həmişə bu fikrə gəlmişəm ki,
bütün çətinliklərə baxmayaraq, yaşamağa dəyər. Çünki uğur səni bir
gün mütləq tapacaq!
Milli.Az
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO