Yunanıstan təyyarəsi də qəzaya uğradı
Bizi izləyin

Digər

Yunanıstan təyyarəsi də qəzaya uğradı

Yunanıstanın Mora yarımadasında yerləşən Sparti şəhəri yaxınlığında təyyarə qəzası baş verib.

Axar.az xəbər verir ki, bu son 10 gün ərzində qəzaya uğrayan dördüncü təyyarədir. Qəza nəticəsində 2 adam həyatını itirib.

Yunanıstan Mülki Aviasiya Təşkilatından edilən açıqlamada Piri Lakonias bölgəsində aerodroma eniş edən təyyarənin Kalamataya getmək üçün havaya qalxdığı bildirilib. Qısa müddət sonra təyyarə meşə massivində qəzaya uğrayıb. 35 və 52 yaşında olan iki pilotun da qəzada öldüyü qeyd edilib.

Qəzayla əlaqədar istintaq işi aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm