Digər
Astroloji proqnoz - 27 iyul
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Az da olsa, bədxah adamlar tərəfindən sıxıntılara mübtəla ola bilərsiniz. Əgər saat 15-ə qədər özünüzü toplasanız, sonrakı ərəfədə ümumi ovqatınız qənaətbəxş olacaq.
BUĞA - Ətrafınızda olanları aldatmayın. Əks təqdirdə bunun acısını özünüz çəkəcəksiniz. Sizə xeyirxahlıq edənlərə borclu qalmayın. Nahardan sonra sevindirici hadisələrin şahidi olacaqsınız.
ƏKİZLƏR - Təxminən saat 14-ə qədər ovqatınızda mənfi çalarlar müşahidə oluna bilər. Bunun üçün həll edə bilmədiyiniz məsələlərə girişməməlisiniz. Sonrakı müddətdə uğurlu sövdələşmələr mümkündür.
XƏRÇƏNG - Yaxşı olar ki, bütün enerjinizi fəaliyyət istiqamətinə yönəldəsiniz. Çünki hansısa danışıqların və ya müzakirələrin uğurlu nəticə verəcəyini ulduzlar təkzib edir.
ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün geniş imkanlarınız olacaq. Müttəfiqlərinizin köməyindən istifadə edin. Göy qübbəsi sizi müdafiə etdiyindən heç bir qanqaraçılığı gözlənilmir.
QIZ - Bürcünüz üçün iyulun uğurlu təqvimlərindən biridir. Bir tərəfdən situasiyaların gözlənilmədən xeyrinizə dəyişməsi, digər tərəfdənsə perspektivli təkliflər almağınız ovqatınızı yüksəldəcək.
TƏRƏZİ - Yeni əlaqələr yaratmaq, müşkül işlərə aydınlıq gətirmək üçün münasib gündür. Utopik düşüncələrə qapılmaqdansa, reallığa uyğun addım atın. Daxili xofunuzu aradan qaldırın.
ƏQRƏB - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdən razı qalacağınızı bəyan edir. Haqqınızda ağız büzənlərin çoxu nəyə qadir olduğunuzu görəcək. Özünüzü fağır göstərməyin.
OXATAN - Bu gün fiziki işlərə bir qədər ara verməyiniz lazım gələcək. Çünki rastlaşacağınız uğurlar daha çox işdən kənara təsadüf edəcək. Həlledici məqamlarda məqsədəuyğun qərarlar çıxarın.
OĞLAQ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Sürprizlərə də hazır olun. Ulduzlar bəxtinizə xoş nüanslar bəxş edəcək. Axşam doğma ünvanlarda mehman olmağınız məsləhətdir.
SUTÖKƏN - Səhhətinizdə hər şey qaydasındadırsa, bu təqvimdən narazı qalmayacaqsınız. Bu gün aldığınız təkliflər perspektivli olduğundan imtina etməyə tələsməyin. Uğurlu əlaqələr də mümkündür.
BALIQLAR - Fərdi fəaliyyətinizdə böyük irəliləyişlərə keçid mərhələsini yaşamaqdasınız. Hər şey çıxardığınız qərarlardan birbaşa asılıdır. Belə məqamlarda kənar məsləhətlər o qədər də səmərəli deyil.
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO