Digər
Cəlilabadda qan vermə aksiyası keçirilib
Azərbaycanda 02 fevral "Gənclər günü" kimi qeyd olunur. Bu məqsədlə ölkədə gənclərlə bağlı müxtəlif tədbirlər keçirilir və gənclərin inkişafına xüsusi qayğı göstərilir.
Cəlilabad rayonunda gənclərlə bağlı keçiriləcək tədbirlər arasında rayon polisinin nümunəvi xeyirxah addımı hər kəsi heyran edib.
30 yanvar tarixində Cəlilabad rayon Polis şəbəsinin bütün
əməkdaşları "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı altında
Azərbaycan gəncinə dəstək məqsədini nümayiş etdirərək irsi qan
xəstəliklərindən (hemofiliya və talassemiyadan ) əziyyət çəkən
uşaq, yeniyetmə və gənclərə təmənnasız qanvermə aksiyası
keçirmişdir. Aksiyada Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı
Əziz Əzizov, "Qan Donorları Assosiasiyasının" sədri Fuad Əsgərov,
rayonun ictimai xadimləri, bir çox yerli idarə və təşkilat
rəhbərləri, rayonun fəal gəncləri iştirak ediblər.
Qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya
İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarının nəzarəti altında
baş tutub. Aksiyada toplanan qanlar qan xəstəliklərindən əziyyət
çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaqdır.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO