İt şəhər meri seçildi - FOTO
Bizi izləyin

Digər

İt şəhər meri seçildi - FOTO

ABŞ-ın Minnesota ştatının Kormorant qəsəbəsinin sakinləri 7 yaşlı Dük adlı iti mer seçib. Ev heyvanı 12 namizəd arasında qələbə qazanaraq bu posta gətirilib. O, rəsmən vəzifəsinin icrasına avqustun 16-da başlayacaq.

Düklə mübarizə aparan namizədlər yerli sakinlər olub. İt bu seçkilərdə qalib gəlmək üçün günün 5 saatını gözəllik salonunda keçirməli olub.

Yeni seçilmiş mer seçkilərlə bağlı jurnalistlərə heç bir “şərh verməyib”, lakin o, kameraya dostcasına baxmaqla öz məmnunluğunu bildirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm