Digər
Azərbaycan dilini bilməyən azərbaycanlı aktrisa – FOTOLAR
Türk seriallarından yaxşı tanıdığımız və əslən azərbaycanlı olan Nəsrin Cavadzadə bu il Türkiyədə 3 yeni layihə ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Publika.az xəbər verir ki, 1982-ci ildə Bakıda anadan olan Nəsrin Cavadzadənin kənddə yaşayan bir ana obrazını canlandırdığı yeni film "Kuzu" noyabr ayında təqdim ediləcək. Bununla yanaşı, aktrisanın rol aldığı “Annemin Şarkısı” və “Son Mektup” filmləri də yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcəyi gözlənilir.
Qeyd edək ki, Nəsrin Cavadzadə “Annemin Şarkısı” filmində şəhərli gənc qadın, “Son Mektup”da isə 22 yaşlı tibb bacısı obrazını canlandırır.
Xatırladaq ki, 2004-cü ildə Eyton Foksun “Walk on The Water” adlı filmində kiçik bir rolu ifa edən Cavadzadə 11 yaşından Türkiyədə yaşayır.
Marmara Universitetinin film və TV fakültəsini bitirən aktrisa Şahika Tekand Stüdyoda da iki il təhsil alıb.
Bir çox film və seriallarda rol alan Cavadzadənin məşhurluğu isə rejisor Cemal Şanın "Dilberin Sekiz Günü" filiminin sayəsində artmağa başladı.
Aysu Ağayeva
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir