Digər
Sərkisyanın ağır xəstəliyini gizlətməsi üzə çıxdı
Prezident Serj Sərkisyanın ağır xəstə olması və xəstəliyini gizlətməsi məsələsi son günlərdə Ermənistan gündəmində ciddi müzakirələrə səbəb olub.
ANS PRESS “IWPR” portalına istinadən bildirir ki, qalmaqal prezident Serj Sərkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbər yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın "Chosun.com" saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sərkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə müalicə alıb.
Əslində ciddi-cəhdlə gizlədilən məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra, prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olmuşdu.
Lakin Serj Sərkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sərkisyanı cəzalandırıb. Hətta baş nazir Tiqran Sərkisyanın da qardaşı olması da ona yardım edə bilməyib. Serj Sərkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin rəis müavini Romik Arutunyanı da işdən çıxarıb. Prezident bu addımlarına heç bir səbəb göstərməyib.
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA