Pentaqon İŞİD əməliyyatına ad tapdı - Sarsılamaz qətiyyət
Bizi izləyin

Digər

Pentaqon İŞİD əməliyyatına ad tapdı - Sarsılamaz qətiyyət

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriya və İraqda “İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı həyata keçirilən hərbi əməliyyata ad tapıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Pentaqon məmuru əməliyyatın "Sarsılmaz qətiyyət” (Inherent Resolve) adını daşıyacağını bildirib.

ABŞ və beş ərəb ölkəsinin (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətər) Hərbi Hava Qüvvələri keçən aydan Suriyada İŞİD-ə hava zərbələri endirir. “Əl-Qaidə” ilə əlaqələrə malik olan və Suriya ərazisində böyük gücü toplayan terror qruplaşma bir neçə ay əvvəl İraqda fəaliyyətini aktivləşdirib.

İŞİD terror qruplaşması hazırda İraqın xeyli hissəsinə nəzarət edir. Qruplaşma sünnilərin mərkəzi hökumətdən narazılığından istifadə edərək son bir neçə ayda xeyli aktivləşib. Ölkənin geniş ərazilərini ələ keçirən İŞİD “İslam xilafəti” elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm