Digər
Türklərin şəhəri kürdlərə verilir

Kürdüstan bölgəsinin parlament sədri Yusif Məhəmməd Kərkükdə referendum keçiriləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Kərkükün Kürdüstana məxsus olduğunu deyən parlament sədri referendumun BMT-nin dəstəyi ilə reallaşdırılacağını bildirib.
Kürdüstan bölgə parlamentinin Kərkük filialının açılışında çıxış edən Yusif Məhəmməd rəsmi Bağdadı gözləməyəcəklərini deyib:
“Rəsmi Bağdadın bu barədə qərar verməsini gözləməyəcəyik. “Münaqişəli bölgələr” adı ilə problem uzadılır. Kərkük Kürdüstanındır. BMT-nin dəstəyi ilə referendum keçiriləcək”.
Daha sonra Kərkük valisi Nəcməddin Kərim Kərkük xalqının Kürdüstan bölgəsi seçkilərinə qatılması üçün qanun layihəsinin hazırlanmasının vacib olduğunu qeyd edib.
Xatırladaq ki, Kərkük şəhəri İraq türkmanlarının (İraq azərbaycanlılarının) mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən, 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%–ini türkmanları, 40%–ini isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edir.

-
Region02:42
Ərdoğan TRT-nin rəhbərini dəyişdirdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı