Digər
Bakı-Quba yolunda tikilən yolötürücü 2015-ci ildə hazır olacaq
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 9-cu km-də yerləşən mövcud yolötürücüləri sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq yeni tikilən müasir yolötürücüləri 4 aşırımdan ibarət olacaq ki, bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110m nəzərdə tutulan yolötürücülərin birinin eni 13,5m, digərinin isə 15,5m olacaq.
Şəhərə giriş hissədə yerləşən yolötürücüsünün 1 dayağı artıq hazırdır, 2-ci və 3-cü dayaqların isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur.
Şəhərdən çıxış üçün nəzərdə tutulan yolötürücüsündə dayağın armaturu yığılır.
İşlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Gülnar Əliyeva
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri