Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşdı
Bizi izləyin

İdman

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşdı

“Cəlilabad” komandası daha iki əcnəbi basketbolçu ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, Azərtac-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi gürcüstanlı Levan Qoqaladze və ABŞ-dan olan Raşon Consonla vidalaşıb.

“Cəlilabad” daha əvvəl amerikalı Camani Pirs və Kobi Tomasla başa çatan müqavilənin müddətini uzatmayıb.

Qeyd edək ki, “Cəlilabad” müntəzəm mövsümü 23 xalla səkkizinci pillədə bitirib və pley-offa vəsiqə qazana bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm