Digər
Daşınmaz əmlakın istismarı ilə bağlı 12,3 mindən çox sığorta müqaviləsi bağlandı
Noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12,3 mindən çox sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan Publika.az-a verilən məlumata görə, 2014-cü ilin noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 12,049 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 262, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 33 sığorta müqaviləsi imzalanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 999,249 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23,460 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 17,884 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,38% azalma müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07%-i yaşayış evləri və mənzillər, 0,13%-i inzibati binalar, 21,80%-i digər daşınmaz əmlakla bağlı olub. muşdur.İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsünə gəlincə, Bakının payına 29 faiz, Gəncə 4 faiz, Şirvan 3 faiz düşüb.
Ümumilikdə 2014-cü ilin yanvar noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 142,343 sığorta müqaviləsi bağlanılmışdır ki, bu sığorta müqavilələri üzrə sığorta haqqları 14,745,842 manat təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO