Digər
Ceyms Uorlik: “Minsk qrupu çox səy göstərəcək”
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq üçün daha çox səy göstərmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Bazeldə jurnalistlərə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib: "Biz son illər danışıqlar prosesində əhəmiyyətli irəliləyişin şahidi olduq. Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüşüblər və münaqişənin nizamlanması üzrə davamlı dialoqun təmin edilməsi üçün səylər göstəriblər. Bununla yanaşı, biz geriyə addımların da şahidi olduq".
C.Uorlik iyulun sonu - avqustun əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasını xatırladıb: "Həmin vaxt atəşkəs rejiminin pozulması halları və insan tələfatı olmuşdu. Biz Ermənistan hərbi helikopterinin vurulması insidentinin də şahidi olduq. Bu, hər iki tərəf üçün faciədir. Hazırda biz möhkəm sülh əldə etmək üçün daha əvvəl danışıqlar prosesində olan irəliləyişləri bərpa etməyə çalışırıq".
Həmsədr ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri yeni görüşə razılıqlarını verəcəklər, lakin bu onların qərarları olmalıdır: "Siz Parisdəki görüşdən sonra prezidentlərin bəyanatını xatırlayırsınız. Onlar həmin vaxt görüşlə və danışıqların davam etdirilməsinə dəstəklə bağlı nikbin olduqlarını bildiriblər. Biz həmsədrlər olaraq onların yeni görüş keçirməsinə dəstək verməyə hazırıq".
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”