Digər
Rusiyada əməkhaqları artırıldı, ruslar yeməyi azaltdı
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, 2014-2015-ci illər üzrə makro iqtisadi proqnozlarını açıqlayıb. Nazirliyin proqnozlarına görə, 2015-ci ildə gözlənilən 1,2 faizlik ümumi daxili məhsul artımı 0,8 faizə qədər azalacaq.
Publika.az xəbər verir ki, Rusiyanın Maliyyə Nazirliyi neftin qiymətinin 80 dollar səviyyəsində qalacağı təqdirdə yeni proqnozların etibarlı olacağını açıqlayıb: “Neftin qiyməti düşərsə, vəziyyət mənfi olacaq”. Nazirlik Qərbin sanksiyalarından sonra ölkədən çıxarılan pulun yerinə ehtiyatlarındakı pulun 10 faizini - 500 milyard rublu bazara çıxarmağı da planlaşdırır. Onu da bildirək ki, rus rublunun məzənnəsinin sürətli düşməsi səbəbindən ölkədəki bir çox məhsulların pərakəndə qiymətləri artıb.
Buna adekvat olaraq dövlət başçısı Vladimir Putin minimum məvacibin 6 faiz artımı ilə bağlı sərəncam verib. Bu artımdan sonra 2015-ci il üzrə təyin olunan minimum məvacib 5 min 965 rubla yüksəlib. Aparılan araşdırmalara görə, ruslar indidən qida xərcləmələrini qısmağa başlayıblar. Statistikaya əsasən, xarici şirkətlərin rus bazarını tərk etməsi, xaricdəki rus şirkətlərində və ictimai sektorunda işdən çıxarmalar səbəbindən ölkədə işsizlik artıb.
İqtisadiyyat şöbəsi
-
Magazin121:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı