İlin sonuna Mərkəzi Bankın ehtiyatları tükənə bilər - Açıqlama
Bizi izləyin

Digər

İlin sonuna Mərkəzi Bankın ehtiyatları tükənə bilər - Açıqlama

“Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir. Bunun ilk təsirləri maliyyə bazarlarında özünü göstərib”.

Bunu Publika.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi. Onun sözlərinə görə, Rusiyanın maliyyə sistemindəki dayanıqsızlıq və əhalinin təşviş vəziyyətdə milli valyutanı dollara dəyişdirməsi kimi addımlar atması müəyyən mənada bu ölkə ilə sıx parakəndə ticarət əlaqəsi aparan Azərbaycana da öz neqativ təsirlərini göstərir: “Mərkəz Bankı 2015-ci ilin yanvarında manatın kursunun stabilliyini saxlamaq üçün maliyyə bazarına 1,077 mlrd idollar intervensiya edib. Ötən ilin dekabrında bu rəqəm 1,27 mlrd olub.

İqtisadçı qeyd edir ki, əgər bu sürətlə, yəni ayda 1 mlrd dollar bazara çıxarmaqla manatın məzənnəsi qorunarsa, onda 2015-ci ilin sonunda Mərkəzi Bankın ehtiyatları tükənmək təhlükəsi ilə üzləşə bilər: “Çünki artıq onun rezervləri 12,68 mlrd dollar təşkil edir. Bu baxımdan hökumət heç də hər bir şeyi Rusiya faktorunun üzərinə yıxmaqla işini bitmiş hesab etməməlidir. Manatın kursunun stabilliyi real sektorun inkişafından keçir. İndiyə qədər Azərbaycanda manatın kursunun stabilliyi bahalı neft hesabına əldə edilmişdi. Ancaq ötən ilin ortasından “qara qızılın” qiyməti 50% ucuzlaşdı və bu stabilliyi saxlamaq üçün Mərkəzi Bank məcbur oldu ki, öz ehtiyatlarının bir hissəsini xərcləsin. İndiyə qədər xərclənən on milyardlarla neft vəsaitləri öz bəhrəsini verməliydi, yəni qeyri-neft sektoru həm budcəyə daxilolmalarda, həm makroiqtisadi sabitlikdə və həm də ölkənin ixrac potensialında bir dəyişikliyə nail olmalıydı. Reallıq onu göstərir ki, ölkə iqtisadiyyatı yenə də neft amiliylə götürülür. Neftin qiymətinin aşağı düşməsinin müvəqqəti bir hal olması, onun tezliklə artması ilə bağlı fikirlər buna əyani sübutdur. "ÜDM-də neft sektorunun payı ildən-ilə azalır" kimi statistik proqnozlarla 2015-ci ilin büdcəsi arasında hansısa bir düz mütənasiblik varmı? ÜDM makroiqtisadi göstəricidir, “qarın doyuran” faktor deyil”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm