Digər
Yunanıstanlı nazir Bakıdakı müzakirələrdən danışdı
“Yunanıstan höküməti Trans Adriatik qaz boru (TAP) və İGB (Yunanıstan-Bolqarıstan) kəmərlərinin çəkilməsini dəstəkləyir və onların tezliklə başa çatmasına yardım edəcək”.
Publika.az-ın Caspian Barelə istinadən verdiyi xəbərə görə bunu Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis bildirib. Yunan mətbuatı yazır ki, Lafazanis səfəri zamanı fevralın 12-də Azərbaycanın energetika naziri Natiq Əliyev ilə TAP kəmərinin inşasının başa çatmasından sonra Yunanıstanın əldə edəcəyi mümükün güzəştləri müzakirə edib. Bu məsələni yunan nazir TAP-ın direktoru İen Bredşou və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birelli ilə görüşdə də müzakirə mövzusu olu.
Həmçinin yunan nazir Bakıda Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb. Görüşdə Avropanın cənub hissəsinə qaz tədarükü sahəsində problemləri müzakirə ediblər.
Qeyd edək ki, TAP Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazın Avropaya ixracı üçün konsorsium tərəfindən seçilib. Layihə Xəzər qazının Yunanıstan, Albaniya və Adriatik dənizi ilə İtaliyanın cənubuna nəqlini nəzərdə tutur. Kəmərin ümumi uzunluğu 870 km-dir. Boru kəmərinin tikintisi 2016-ci ildə gözlənilir.
İqtisadiyyat şöbəsi
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO