Digər
Döyülən rektor qızından kokain açıqlaması - VİDEO
Döyülmə xəbərləri ilə bir gecənin içində məşhurlaşan rektor qızı
Ülkər İsayevanın daha bir qalmaqallı videosu gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, Xəzər Universitetinin təsisçisi
Hamlet İsaxanlının qızının psixologiyanın banisi hesab edilən
Ziqmund Freyd (1856 – 1939) haqqında çıxışı sosial şəbəkələrdə
müzakirəyə çıxarılıb.
İxtisasca psixoloq olan Ülkər xanımın kokainlə bağlı səsləndirdiyi
müsbət fikirlər birmənalı qarşılanmayıb:
"Kokain nədir? Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni
insana enerji, xoşbəxtlik, güc verir. İnsanın yuxusunu və iştahını
azaldır. Ziqmund Freyd xroniki depressiyadan əziyyət çəkirdi və
onun öhdəsindən gəlmək üçün kokaindən istifadə edirdi. Özünü rahat
hiss edirdi belə. Özünəgüvən, eyforiya hissi yaratmaq və
yaradıcılığını artırmaq üçün narkotikin bu növündən yararlanırdı.
Ziqmund Freyd hətta kokain haqqında məqaləsində onu möcüzəvi dərman
adlandırmışdı".
Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci
il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir
Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək
fiziki işgəncəyə məruz qalıb. Ülkər İsayevanı döyənlər onun
tanışları olub. İsayevanı döyən Elçin və Zaur Məmmədov qardaşları
əvvəldə tanış olublar. Onların üçlükdə fotoları sosial şəbəkələrdə
yayılıb. Fotolara baxanda onların çox mehriban və səmimi olduğu
diqqəti cəlb edir. Ülkər İsayevanı döyən iki qardaş əvvəlcə
hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılsa da,
sonradan sərbəst buraxılıblar.
Ülkər İsayeva 2013-cü ildə Aydın Əhmədzadə adlı şəxslə ailə qurub
və 2014-cü ildə ondan boşanıb. Bu nikahdan onların bir qız övladı
var.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO