Digər
Son bir ildə kredit alan şəxslərin sayı artıb
Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinə 310,6 min sorğu daxil olub. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.
Publika.az Mərkəzi Banka istinadən bildirir ki, sorğuların 93,3%-i banklardan daxil olub. Kredit tarixçəsi ilə maraqlanan sadə vətəndaşların sayı isə 6 dəfə artaraq 20,8 min olub. Cari ilin 2 ayın yekunlarına əsasən reyestr xidmətində 2 milyon 367 min borcalan haqqında məlumat toplanıb. Bu, əvvəlki ilə nisbətən 17,4% artım deməkdir. Borcalanların böyük hissəsi - 2 milyon 335 mini fiziki şəxslərdir. Son bir ildə kredit alan fiziki şəxslərin sayı 17,4% artıb. Hüquqi şəxs borcalanların sayı isə 10,9 mindir. Son bir ildə onların sayı 6,1% artıb. Son bir ildə Azərbaycanda kredit götürənlərə zaminlik edənlərin sayı da kəskin artıb. Yanvar ayının yekunlarına görə, ölkədə 1 milyon 89,6 min nəfər zamin var.
İqtisadiyyat şöbəsi
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO