Digər
“Mən də yaşamaq istəyirəm”
Fevralın 28-də Bakıda “Mən də yaşamaq istəyirəm” şüarı ilə könüllü qanvermə aksiyası keçiriləcək.
Publika.Az-ın məlumatına görə, “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə baş tutacaq bu aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.
Təşkilatçılar talassemiya və hemofiliya kimi ağır xəstəliklərdən əziyyət çəkən uşaqların qana olan ehtiyacını qismən ödəmək üçün mütəmadi olaraq belə aksiyalar təşkil etmək niyyətindədirlər.
Aksiyada iştirak könüllüdür. Səhhətində problemi olmayan yaşı
18-dən çox olan, Hepatit A, B, C, QİÇS və s. bu kimi xəstəliklərin
daşıyıcısı olmayan istənilən şəxs qan verə bilər. Hətta hansısa
kollektiv müraciət olarsa, bu halda Qan Bankından xüsusi maşınlar
həmin quruma göndərilə bilər.
“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi gəncləri bu aksiyaya qoşulmağa , uşaqlara yardım etməyə çağırır. Aksiyada iştirak üçün aşağıdakı nömrələrə zəng etmək, yaxud Facebook səhifəsindən əlaqə saxlamaq olar
(99455)2448004
(+99412)4088004
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri