Digər
Qanunsuz mərcə "'yox" deməyin vaxtıdır
Hər bir ölkədə bazar iqtisadiyyatı vergi yolu ilə tənzimlənir. Azərbaycan Respublikasının inkişafı məhz bu istiqamətdə görülən işlərdən asılıdır. Son illərdə populyarlıq qazanan mərc oyunlarında dövr edən maliyyə vəsaitlərinin tənzimlənməsi və vergi ödənişinin qanuni şəkildə həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Təəssüf ki, eyni sözləri ölkə xaricinə onlayn şəkildə edilən pul qoyuluşları haqqında demək mümkün deyil.
Hazırda Azərbaycanda bir çox onlayn mərc oynayanlar var. Bu cür onlayn məcraların fəaliyyəti ümumi dövlət siyasətinə ziddir. Bu virtual məntəqələr vasitəsilə milyonlarla manatlıq vəsait heç bir vergi ödənilmədən ölkə xaricinə çıxır. Bu rəqəm ildə ən azı 50 000 000 manata çatır. Həm də bu, yalnız görünən və bilinən miqdardır. Çünki “PayPal” adlanan ödəmə forması ilə köçürülən pulların bir çoxu bilinmir.
Ölkə xaricində fəaliyyət göstərən kontorlarla iş vergidən yayınmaqdan əlavə bir sıra başqa mənfi nəticələrə də gətirib çıxara bilər. Belə ki, bu kontorlar müştərinin qazanc əldə etməsi üçün bir çox maneələr törədirlər. Xaricdə pul qoyuluşu edilən virtual məntəqələrdə müştəriləri gözləyən bir çox təhlükələr var:
- Adi qeydiyyat zamanı həddindən artıq suallar verilir, insanların şəxsi həyatının təfərrüatları öyrənilir. Şəxsiyyətin təsdiqi günlərlə yubadılır.
- Qeydiyyat zamanı ani diqqətsizlik hesabından əlavə xərcin çıxılmasına gətirə bilər. Əcnəbi dili bir çoxlarının bilməməsi səbəbilə belə hallar tez-tez yaşana bilir.
- Müştəriyə xəbər vermədən əmsalların azaldılması halları yaşanır.
- Ödəmələr gecikir, gecikdirilir, ciddi süründürməçilik edilir.
-Uduşlara limitlər qoyulur və əgər limit keçilirsə o pulun karta köçürülməsinə imkan verilmir.
- Pulun heç verilməməsi təhlükəsi də var. Bu zaman heç bir yerə şikayət etmək, haqqını tələb etmək mümkünsüz olur.
- Bir dəfə böyük məbləğdə uduş olandan sonra qeydiyyatın dayandırılması, bir daha oynamaq şansı verilməməsi halları yaşana bilir.
- Qeyri-leqal kontorlar bir müddət sonra bağlana və müştərini pulsuz qoya bilir. Hətta bu barədə öz internet səhifələrində açıq-aşkar bilgi də yerləşdirirlər.
- Uduşdan komissiya xərcləri çıxıla bilər. Hesabdan pul çıxaran, yaxud ora pul əlavə edən zaman az da olsa, itki ola bilər. Ödənişlər adətən valyuta ilə edildiyindən aradakı məzənnə fərqi bəhanə edilərək xərc çıxıla bilər. Oyunçunun valyuta hesabı ilə plastik kart valyutası üst-üstə düşməyəndə belə hallar daha çox yaşana bilir.
- Təhlükəsizlik problemi yaşana bilər. Qeydiyyat üçün verilən elektron poçt vasitəsilə müştəridən xəbərsiz müxtəlif maliyyə maxinasiyalarının aparılması mümkündür.
Bunlar aysberqin görünən hissəsidir. Bu kontorların ilkin məqsədi müştərinin pul qazanmasına mane olmaqdır. Bunların qarşısının alınması çox vacibdir. Azərbaycanda bununla bağlı bəzi işlər görülsə də, lazımi səviyyədə deyil. İstər fiziki, istərsə də onlayn “qara bazar”a qarşı tədbirlər azdır. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə əsasən qanunvericiliklə qadağan olunmayan “idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər” Azərbaycan idmanının maliyyələşdirilməsinə yönəldilir. Bu baxımdan əldə edilən maliyyənin kənara getməsinin qarşısının alınması ölkə səviyyəsində vacib xarakter alır. Məsələn, Azərbaycanın tək qanuni mərc operatoru “Topaz”ın, həmçinin onun elektron versiyası olan “Etopaz”ın əldə etdiyi gəlirlərdən ölkə büdcəsinə vergi ödəməsi, eyni zamanda, qazanılan maliyyənin Azərbaycan Gənclər və İdman Nazirliyi vasitəsilə idman üçün xərclənməsini nəzərdən qaçırmamaq, mümkün olduğu qədər dəstək verilməsi lazımdır. Bundan başqa elektron əməliyyatların Azərbaycanda aparılması rahatdır və bunun üçün bir çox kiosklar fəaliyyət göstərir ki, onlarla mübadilə zamanı gərəkli vergi də dövlət büdcəsinə ödənilir. Uduşlara dövlət təminatı verilir və qazanan şəxs iş günlərində pullarını istər kartlarına, istərsə də nağd şəkildə rahatlıqla rəsmiləşdirə bilirlər. Hər bir şəxsin hesabındakı vəsait onun özünə aiddir və istədiyi vaxt öz vəsaitini geri istəmək hüququ var.
Türkiyədə bu baxımdan dövlət nəzarəti yetərincə ciddidir. 2004-cü ildən ölkə xaricində yerləşən internet səhifələrinə qadağalar qoyulub, banklar heç bir əməliyyatlarda iştirak etmirlər, həmçinin plastik kart vasitəsilə əməliyyatlar aparmaq Mərkəzi Bank tərəfindən bloklaşdırılıb. 2013-cü ildə bu qanun daha da sərtləşdirildi. Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanuna əsasən ölkə xaricində olan internet səhifələrinə pul qoyuluşu edən şəxslər təsbit olunduqları halda məsuliiyyətə cəlb edilirlər. Bu, daxildəki maliyyənin ölkə xaricinə çıxarılmasını əngəlləmək məqsədini güdür. Dövlət orqanları mütəmadi olaraq xarici mənbəli internet səhifələrinə girişi bağlayır, bu istiqamətdəki qanunveriliciyin yenilənməsi, ondan irəli gələn məhkəmə və inzibati cəza mexanizminin hazırlığı, icraatının təmin edilməsini həyata keçirir. Hətta qanunverciliyə xarici mərkəzli mərc oyunlarından gələn gəlirlərin toplandığı bank və kredit kartlarının xəbərdarlıq edilmədən bağlanılması kimi addımların atılması üzrə müzakirələr aparılır. Bir sözlə, qanunverici və icra orqanları vergidən bu cür yayınma hallarına qarşı mübarizəni bir an belə səngitmirlər.
Dünya nəhəngi Çində bütün xarici onlayn pul qoyuluşları qanunsuz sayılır. Belə bukmeykerlərə qarşı sərt tədbirlər görülür. İnternet səhifələrinə girişin qadağan edilməsi bu tədbirlər içərisindədir. Eyni təcrübə Avropa ölkələrində də, məsələn, Hollandiyada tətbiq olunur. Portuqaliya və Norveçdə isə yalnız dövlətin icazə verdiyi onlayn kontorda pul qoyuluşu etmək mümkündür. ABŞ-ın bəzi ştatlarında (Nyu-Cersi və Nevada), Almaniyanın Şlesviq-Holstayn əyalətində də mərkəzi ölkə xaricində olan kontora pul qoyuluşu etmək mümkünsüzdür. Bu istiqamətdə Fransada da çalışmalara start verilib. Bir sözlə, dünya özünün əlində olan pulunun başqa ölkələrə getməsinin absurd olduğunu qəbul edib.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda bu istiqamətdə addımlar atılır. Ancaq hələ də böyük məbləğdə vəsaitlər vergi ödənilmədən ölkə xaricinə gedir. Bu pulu ölkə xaricinə çıxaran şəxslərin vergidən yayınmaqla yanaşı, başqa məqsədləri olduğu da istisna deyildir.
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO