Digər
Fiziki şəxslərə 20,6 milyard manat məbləğində kredit verilib
May ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıb.
Publika.az xəbər verir ki, verilmiş kreditlərin həcmi 2014-cü il may ayının 1-i ilə müqayisədə 26,8 faiz artıb. Onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,1 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 2015-ci il may ayının 1-nə 7,7 milyard manata çatıb.
May ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,17 manata, 100 Rusiya rubluna 2,07 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,96 manata, 1,07 manata və 1,67 manata bərabər olub.
İqtisadiyyat şöbəsi
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi