Digər
Vergilər naziri Brayn Kuksonu qəbul edib
Vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti cənab Brayn Kuksonu qəbul edib.
Vergilər Nazirliyindən Publika.az-a verilən məlumata görə, 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonağa oyunlara hazırlıqdan bəhs edilib. Bildirilib ki, ölkəmiz iki ildən artıqdır 1-ci Avropa Oyunlarına hazırlaşır.
Fazil Məmmədov qeyd edib ki, ilk Avropa Oyunlarında velosiped idmanının 3 növü üzrə yarışlar keçiriləcəkdir. Bu məqsədlə ölkəmizdə müvafiq infrastruktur yaradılıb. Veloparkın ərazisində inşa olunmuş Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı və dağ velosipedi parkı Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam cavab verir. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub. .
Azərbaycanda son illərdə velosiped idmanının sürətlə inkişaf etdiyini bildirən F.Məmmədov ilk Avropa Oyunlarında Azərbaycan velosipedçilərinin də yaxşı nəticələr göstərəcəyinə böyük ümidlər bəslədiyini bildirib.
Cənab Brayn Kukson səmimi qəbula görə minnətdarlığını çatdırıb. 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirakından məmnunluğunu ifadə edib. Bakı 2015 Avropa Oyunlarının yarış cədvəlinə daxil edilmiş velosiped idmanının üç növü - BMX, dağ və şosse yarışlarında 300-dən çox idmançının iştirak edəcəyini, bu yarışların hamısında 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün lisenziya xalları əldə etmək imkanlarının olacağını da vurğulayıb.
İqtisadiyyat şöbəsi
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO