Qadın
Qış üçün ən gözəl ətirlərin SİYAHISI
Ətirləri sevən hər bir xanım bilməlidir ki, isti aylarda yüngül, soyuq aylarda isə tünd ətirlər aktual olur. Çünki yüngül qoxu bədənə sərinlik, tünd qoxular isə bədənə istilik verir. Həm də qışda biz ətirlərə qarşı daha həssas oluruq. Ona görə də, yüngül ətirləri rəfin bir küncündə gizlədin və şərq ədviyyatları ilə zəngin olan daha ağır parfümlər alın.
Ətir seçimi edərkən, tərkibində müşk, ənbər, səndəl, paçuli, qəhvə, bal, şokolad, karamel, qızılgül, vanil, berqamot notları olan qış ətirlərinə üstünlük verin.
Publika.az ekspertlərin soyuq aylar üçün təklif etdiyi ətirlərin siyahısını təqdim edir:
Karamel: “Chabaud Maison de Parfum” – “Lait Concentré”
Yuxarı notları: Süd; Orta notları: Kokos; Aşağı notları: Karamel.
Şirin ətir pərəstişkarı olsanız da, bu ətir sizi mütləq əfsunlayacaq. Ətirdən isti, qatılaşdırılmış süd qoxusu gəlir. Əminik ki, bu ətir sizi şirin uşaqlıq xatirələrinə qaytaracaq. Sevdiyiniz insan da bu ətrə biganə qalmayacaq.
Vanil: “Tous” - Rosa”
Yuxarı notları: Berqamot və reven; Orta notları: Çobanyastığı, bənövşə və moruq; Aşağı notları: Müşk, kaşmeran və vanil.
Berqamot və şokolad: “Thierry Mugler” – “Angel”
Yuxarı notları: Yemiş, kokos, mandarin, jasmin, berqamot və şəkər pambığı; Orta notları: Bal, ərik, şaftalı, gavalı, böyürtkən, orxideya, jasmin, inciçiçəyi, qırmızı giləmeyvələr və qızılgül. Aşağı notları: Ətirli dipteriks, paçuli, müşk, ənbər, vanil, tünd şokolad və karamel.
Bu ətrin tərkibi zəngin olduğu üçün şirniyyatı xatırladır.
Səndəl ağacı: “Chanel” – “Coco Noir”
Yuxarı notları: Qreypfrut və berqamot; Orta notları: Jasmin, qızılgül, nərgizgülü və ətirşah; Aşağı notları: Ətirli dipteriks, paçuli, səndəl ağacı, vanil, ağ müşk.
Bu ətir isə qaranlıq və tutqun qış gecələrinə romantika qatır. Ətrin ağır, ehtiraslı notları sizi şaxtalı qış günlərində isidəcək.
Vanil: “Montale” – “Pure Gold”
Yuxarı notları: Müşk, jasmin; Orta notları: Mandarin, ərik; Aşağı notları: Paçuli, vanil.
Bu ətir ağır qoxusu ilə fərqlənir. “Pure Gold” qızıl payızın ətridir, lakin onu ehtiyatla istifadə etmək lazımdır. Onun bir neçə damcısı istilik yaradacaq. Bundan əlavə, ətirdən çox istifadə etmək tövsiyə olunmur, çünki başağrısı yarada bilər.
Müşk: “By Kilian” - “Dangerously in Love”
Yuxarı notları: Ənbər, armud; Orta notları: Sidr, qızılgül; Aşağı notları: Mamır, müşk.
Yuxarı və orta notlar açıldıqdan sonra ətir ağırlaşır.
Bal: “Mark Jacobs” – “Honey”
Yuxarı notları: Armud, mandarin və punş; Orta notları: Şaftalı, portağal; Aşağı notlar: Bal, vanil və ağac notları.
Bu ətirdə sadə notlar toplanıb, amma, əsasən, bal qoxusu gəlir.
Qəhvə: “Yves Saint Laurent” – “Black Opium Eau de Toilette”
Yuxarı notları: Qarağat, armud, yaşıl mandarin və sitrus bitkiləri; Orta notları: Jasmin, çay, portağal və qəhvə; Aşağı notları: Ağ müşk və ağ ağac bitkisi.
Paçuli: “Givenchy” – “Dahlia Divin”
Yuxarı notları: Gavalı sortları; Orta notları: Jasmin, zanbaq; Aşağı notları: Səndəl ağacı, paçuli.
Bu ətir soyuq qış axşamlarında bədəni qızdırmaq üçün ideal seçimdir.
Ənbər: “Moschino”- “Cheap & Chic”
Yuxarı notları: Berqamot, kiçik limon növü və palisandr; Orta notları: meşənovruzu, bənövşə, qızılgül, jasmin, suzanbağı və pion; Aşağı notları: İris və boz ənbər, müşk, vanil, ətirli dipteriks, orxideya, səndəl ağacı.
Əvvəl-əvvəl berqamot öz xüsusiyyətlərini göstərsə də, ətrin notları getdikcə sakitləşir. Belə qoxu payız və qış ayları üçün ideal seçimdir.
Ətrin notları haqda bu linkə daxil olub oxuya bilərsiniz: http://publika.az/p/103702
Aytən
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir






























.png)

.jpg)





