Gözəllik
Parfümü notlarından tanıyın
Notlar yalnız musiqidə deyil, ətir seçimində də qarşımıza çıxır. Bəs, ətirdə not anlayışı nədir, onun faydaları nədən ibarətdir?
Gəlin bu notları bir az daha yaxından araşdıraq. Ətirdə notlar üst, orta və alt olmaq üzrə üç yerə ayrılır. Notlar qoxuların buxarlanma müddətlərinə görə təyin edilir. Üst nota tez buxarlanan, alt nota isə bədəninizdə ən çox qalan qoxu aid edilir.
Üst not
Ətriyyatçıda qolunuza sıxdığınız ətrin burnunuza çəkdiyiniz zaman aldığınız ilk qoxusu üst notdur. Ətrin özündən daha iddialı olsa da, asanlıqla uçur. Həm qadın, həm də kişi parfümlərində ən çox üstünlük verilən üst notlardan biri sitrus qoxusudur. Üst not, eyni zamanda “baş not” da adlandırılır.
Orta not
Üst not dərinizdən uçduqdan sonra qalan qoxuya “orta not” deyilir. Müəyyən müddətdən sonra ətrin qoxusu yüngülləşir və burnumuzu alt nota, yəni əsl qoxuya hazırlayır. O “qəlb not” da adlandırılır.
Alt not
Ətrin sizin dərinizdə buraxdığı təsirə “alt not” deyilir. Bədəninizə hopan qoxu təxminən 1 saat sonra ortaya çıxır. 1 saat ərzində dəriyə dərindən hopduğu üçün çox yavaş buxarlanır.
Ətir seçərkən aldığınız ilk təəssürat ancaq üst notun təsirdir. Buna görə də, mütəxəssislər ətir seçərkən tez qərar verməməyi məsləhət görürlər. Ətri sınadıqdan 1 saat sonra qərarınızı verin.
Aytən
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








