Qadınlar bu ətəklərdə daha xanım-xatın görünürlər - FOTOLAR
Bizi izləyin

Qadın

Qadınlar bu ətəklərdə daha xanım-xatın görünürlər - FOTOLAR

Mövsümün xitlərindən olan qələm ətək modelləri, hətta qısa geyinən qadınların da qəlbinə yol tapa bilib. Qələm ətək modellərinə məşhur qadınların da gündəlik stilində rastımıza çıxır. Türkiyənin dəb ikonası sayılan İvana Sərtin stilinə nəzər salsaq, qələm ətək modellərinə üstünlük verdiyinin şahidi olarıq. Həmçinin Viktoria Bekxamın da sevdiyi modellərdən biridir.

Zərifliyin və xanım-xatınlığın simvollarından biri də qələm ətəklərdir. Bədən qruluşunuz da bu modeli geyinməyə icazə verməlidir. Bütün bədənə kip oturduğu üçün artıq çəkilər qəbul etməyən modeldir. İri ombalar, qarın və ya qalın beliniz varsa, sizin bədən quruluşunuzu qəbul etməyəcək. Yəni, çətin modeldir, çətin olduğu qədər əyində eleqant qalır.

Qara qələm ətək klassika nümunəsidir. Hətta klassik üslub dedikdə ilk ağala gələn də qələm ətəklər olur. Bu mövsüm demək olar ki, bütün rənglər dəbdə olduğu üçün istənilən rənglərə müraciət etmək şansınız var. Qara qələm ətəklər iş həyatının da əvəzolunmazıdır. Sizi zərif göstərən qələm ətəklərə ciddilik vermək üçün yuxarıda yığılmış topuz saç modelini seçə bilərsiniz. Əsl iş qadını profili! Belə bir idealist qadının qarşısında kim tab gətirə bilər ki?

Zərafətinizə qırmızı rəngin verdiyi inanılmaz enerjisini əlavə etdiyiniz zaman əsl "afətə" çevriləcəksiniz. Və ya trend rənglərdən, təsvirlərdən ibarət qələm ətəklər da çox modern görünürlər. Ağ rəngli köynəyin altına mavi zolaqlı qələm ətək düşünün. Süd rəngli ayaqqabı ilə geyinərək möhtəşəm stil sahibi olacaqsınız.

Qələm ətəkləri gecə dəvətlərində də sevə-sevə geyinə bilərsiniz. “Göstərişli və şit geyimləri xoşlamıram” deyənlərdənsinizsə, qələm ətək geyinməyi tövsiyə edirik. Çünki əsl sizlikdir. Dəvətlərdə göstərişinizlə deyil, sadə eleqantlığınızla diqqət çəkəcəksiniz.

Bu ətəklərin başqa üstünlüyü də ondan ibarətdir ki, ucuz və sərfəlidir. Yəni, cibinizə zərər verməyəcək. Gündəlik stildə qara, qırmızı, güllü, müxtəlif təsvirli qələm ətəklərlə eleqantlğınızı qoruya bilərsiniz. Rəngli model seçərək ətrafa şirin və enerjili qadın olduğunuz mesajınız da verə bilərsiniz.

Publika.Az-ın qadın bölməsi bu il dəbdə olan qələm ətək modellərini seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm