Dünyanın ən varlı qadını: O, 100 milyardlıq sərvəti necə qazanıb? - FOTO
Bizi izləyin

Qadın

Dünyanın ən varlı qadını: O, 100 milyardlıq sərvəti necə qazanıb? - FOTO

“LʼOreal”ın qurucusunun nəvəsi və adıçəkilən kosmetik brendinin 70 yaşlı sahibəsi Fransuaza Betankur-Meyer 100 milyard dollardan çox sərvətlə dünyanın ən varlı qadınları siyahısına liderlik edir.

Publika.az oxucuları Fransua Betankur-Mayersin həyatı ilə bağlı maraqlı faktlarla tanış edir.

“L'Oreal” səhmlərinin üçdə birini 2017-ci ildə Fransua Betankur-Meyer anasından miras aldı. "Bloomberg"in yazdığına görə, beləliklə o, 82,1 milyard dollarlıq sərvətlə dünyanın ən varlı qadınlarından biri oldu. Tipik milyarder varislərdən fərqli olaraq, bu xanım diqqətini "L'Oreal"ın direktorlar şurasındakı üzvlüyünə və öz yazıçılıq karyerasına yönəldib. Fransua Betankur-Meyers strategiya və davamlılıq, insan resursları, namizədlərin irəli sürülməsi və idarəetmə də daxil olmaqla bir neçə idarə heyəti komitələrində yer alır. Milyardların varisi yunan mifologiyasından və yəhudi-xristian münasibətlərindən tutmuş müxtəlif mövzularda kitablar yazıb.

Fransuaza “L'Oreal”in qurucusu Ejena Şuellerin nəvəsidir. O, 1908-ci ildə “Oreal” adlı yeni saç boyası formulunu icad etdi və böyük pullar qazandı. Bundan sonra onun sərvəti 1957-ci ildə qızı Lilian Betankura miras qalıb. Onun əri Andre Betankur isə nazir və senator vəzifələrində çalışmış görkəmli siyasətçi idi. Betankurlar fransız cəmiyyətində həm də qlamur məclisləri ilə məşhur idilər. Bununla belə, Betankurt-Meyer heç vaxt valideynləri kimi, qlamur və dəbdəbəli həyat tərzinə meylli olmayıb. Onun sevimli məşğuliyyətləri yazı yazmaq və pianoda ifa etmək idi. Ümumiyyətlə, onun valideynləri ilə münasibətləri heç vaxt rəvan olmayıb. “Vanity Fair” jurnalının yazdığına görə, ana-qız arasında söz-söhbətlər Fransuazanın yeniyetməlik dövrlərindən başlayıb.

“Fransuaza ləng və yavaş idi”, - Lilian Betankurt müsahibələrinin birində dilə gətirib. “The New York Times” qəzetinin yazdığına görə, ana 2009-cu ildə bir fransız qəzetinə verdiyi müsahibədə qızının həm də “soyuq uşaq” olduğunu vurğulayıb.

Betankur-Meyer “Betankur davası” kimi tanınan mirası ilə bağlı məhkəmə prosesinə başladıqda, bu münasibətlər dönüş nöqtəsinə çatdı. “New York Times” qəzetinin yazdığına görə, məhkəmə zamanı Fransuaza anasının ən yaxın dostu, fotoqraf Fransua-Mari Banenin madam Betankur ilə “platonik münasibətindən” istifadə etdiyini iddia edib. Qızın sözlərinə görə, fotoqraf təxminən 1,86 milyard dollar dəyərində nağd pul, sənət əsərləri və daşınmaz əmlakın ona təhvil verilməsi üçün yaşlı xanımı manipulyasiya edib. Betankur-Meyer 2007-ci ilin dekabrında Baneyə qarşı cinayət işi açsa da, Lilian qızının iddiasına etiraz edərək, aktivlərini Baneyə könüllü şəkildə verdiyini bildirib.

Daha sonra madam Betankurun demans və Alzheymer xəstəliyinə tutulduğu və yaxın çevrəsindəki müxtəlif insanların onun çaşqınlığından maddi cəhətdən yararlanmaq üçün istifadə etdiyi bildirildi. Hətta təslim olmaq istəməyən Fransuaza Betankur-Meyer istintaqa o vaxtkı Fransa prezidenti Nikola Sarkozi də daxil olmaqla, daha doqquz müttəhimi əlavə etdi. Prezidentlik kampaniyasının maliyyələşdirilməsində keçmiş hökumət rəsmisi Sarkozi Betankurun pulunu qeyri-qanuni yollarla mənimsəməkdə ittiham olunurdu. Lakin prezidentə qarşı iş dəlil çatışmazlığı səbəbindən dayandırıldı. Nəhayət, Bane 2015-ci ildə "zəiflikdən sui-istifadə etmək"də təqsirli bilindi. O, iki il yarım müddətinə azadlıqdan məhrum edildi və zərərçəkənə 158 milyon avro təzminat ödəməyə məhkum edildi, lakin həbs müddəti və ödəniş sonradan apelyasiya şikayəti əsasında ləğv edildi.

Məhkəmə, həmçinin Betankur Meyerin atasının və babasının nasistlərə rəğbət bəslədiyinə dair təkliflər də daxil olmaqla, uzun müddət gizli qalan ailə sirlərini üzə çıxardı. Yucin Şuellerin nasist Almaniyasının ilk illərində Adolf Hitlerin “dinamizmini” açıq şəkildə təriflədiyi, eyni zamanda Respublika hökumətini devirmək üçün plan hazırlayan qrupu maliyyələşdirən və “L'Oréal”ın baş qərargahında görüşlər keçirməsinə icazə verən gizli cəmiyyətin üzvü olduğu ortaya çıxdı.

Andre Betankur öz növbəsində, 1940-cı illərin əvvəllərində Almaniyayönlü mətbuat üçün antisemitizm yazıları yazsa da, sonradan mövqeyini dəyişib və müqavimətə qoşulub. İkinci Dünya Müharibəsi zamanı isə hərbi xidmətinə görə təltif edilib və Fransa hökumətində xidmət edib.

Məhkəmədə qalib gəlsə də, daha sonra iddia olunur ki, Betankur-Meyer şahidlərə rüşvət təklif edib. Həmin vaxt Fransuaza şahidə etdiyi ödənişin ifadə üçün rüşvət deyil, qismən işdən çıxma müavinəti, qismən şəxsi krediti olduğunu söyləyib. Bu iddia 2016-cı ildə gizli razılaşma ilə həll edilib.

İşlə məşğul olan vəkil “Vanity Fair” jurnalına açıqlamasında bildirib ki, əvvəlcə “ana qızını, sonra isə qız anasını öldürdü”. Madam Betankur 2008-ci ildə verdiyi müsahibədə “Qızımı artıq görmürəm və istəmirəm. Qızım mənim üçün bir növ əşyaya çevrildi” deyib.

Madam Betankur 2011-ci ildə psixi sağlamlığının pisləşməsi ilə bağlı narahatlıqlar səbəbindən ailəsinin himayəsinə verilib.

2017-ci ildə Lilianın ölümündən sonra ailənin bütün sərvəti Fransuazaya miras qalır. Buraya on milyardlarla dollar və Betankurtun son günlərini keçirdiyi “Art Deco” malikanəsi də daxil idi. Ev Parisin qərbində, zəngin şəhərətrafı Neyi-sür-Sendə yerləşir. Bretani sahilindəki ev də Fransuazaya miras qalır, lakin o, Parisin qərb ətraflarında yaşamağa davam edir.

Bu illər ərzində fransız qadının sərvəti hədsiz dərəcədə artıb. “Bloomberg”in hesablamalarına görə, madam Betankur-Meyer 82,1 milyard dollar dəyərində sərvətə malikdir. O, dünyanın ən zəngin adamları siyahısında 11-ci, qadınlar arasında isə birinci yerdə qərarlaşıb. O və ailəsi “L'Oréal” səhmlərinin 33%-nə nəzarət edir.

Fransuaza ailə holdinqinin baş direktoru Jean-Pyer Meyer ilə evlidir. Onların Jan-Viktor və Nikolas adlı iki yetkin oğlu var. Jan-Viktor 2012-ci ildən “L'Oreal” direktorlar şurasında xidmət etməyə başlayıb. Şirkət “L'Oreal”, “Maybelline”, “Essie”, “Garnier”, “Urban Decay”, “Lancôme” və “Kiehl's” kosmetika kimi kütləvi brendlərə sahibdir.

Betankur-Meyer həm də 1980-ci illərdə qurduğu xeyriyyə təşkilatı olan “Bettencourt-Schueller” Fondunun prezidenti kimi fəaliyyət göstərir. Fond həyat elmləri və incəsənət sahəsində tədqiqatları dəstəkləmək üçün qrantlar verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm