Həsən Həsənovun qardaşı vəfat etdi
Bizi izləyin

Qarabağ

Həsən Həsənovun qardaşı vəfat etdi

2014-cü ildə erməni hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülərək, öldürülən Cəbrayıl rayon sakini Həsən Həsənovun qardaşı Namiq Həsənov vəfat edib.

Bu barədə Həsən Həsənovun digər qardaşı Nazil Həsənov sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Həsən Həsənov 2014-cü ilin iyulunda əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə Kəlbəcərə gedib.

O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan silahlı qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb.

Şəhid Bakıda dəfn edilib.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm