XİN Bayramov-Lavrov danışığı barədə məlumat yaydı - YENİLƏNDİ
Bizi izləyin

Qarabağ

XİN Bayramov-Lavrov danışığı barədə məlumat yaydı - YENİLƏNDİ

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

*****

15:43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

XİN başçıları Dağlıq Qarabağ üzrə bəyanatın praktik məsələlərini reallaşdırılmasını müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm