Qarabağ
Sülhməramlılar üçün daha bir şəhərcik salındı - FOTOLAR
Dağlıq Qarabağın Qarakənd qəsəbəsində rus sülhməramlıları üçün daha bir blok-modul şəhərciyi inşa olunub.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq 60 nəfər sülhməramlı kontingentin hərbi heyəti yeni modul şəhərcikdə məskunlaşıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri Xankəndidə və Kəlbəcərin Qozlukörpü qəsəbəsində iki blok-modul şəhərciyi inşa edib.
Blok tipli modul şəhərciklər həyatı dəstəkləyən sistemlərin (enerji təchizatı, yerli isitmə, hamam otaqları, su təchizatı, kanalizasiya) bütün zəruri komponentləri ilə təchiz olunmuş tam hüquqlu obyektlərdir. Mebel (yataq, qarderob, mətbəx dəsti, masa, stul, duş), həmçinin məişət texnikası (elektrik soba, soyuducu, paltaryuyan maşın, mikrodalğalı soba, televizor, kondisioner, qazan) ilə təchiz edilib.
Hər şəhərciyin ərazisində süni örtüklü idman salonu, hamam, tibb mərkəzi, qurutma maşını, paltartəmizləyən otaq, istirahət otağı, ofis, anbar, yeməkxana və dükan var.
Zümrüd
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ