“Post-müharibə dövrünə aid vəzifələr problemsiz həyata keçiriləcək” – Elman Məmmədov
Bizi izləyin

Qarabağ

“Post-müharibə dövrünə aid vəzifələr problemsiz həyata keçiriləcək” – Elman Məmmədov

“Cənab Prezident 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bütün istiqamətlərə, o cümlədən Post-müharibə dövrünə aid vəzifələrə, eləcə də bu istiqamətdə görüləcək hər məsələyə toxundu. Eyni zamanda, həmin müşavirədə bütün sahələr üzrə təhlillər aparıldı. Post-müharibə dövrünə aid vəzifələrlə bağlı tapşırıqlar verildi. Qarşıda duran vəzifələr izah olundu”.

Bunu Publika.az-a millət vəkili Elman Məmmədov deyib. Millət vəkilinin sözlərinə görə, həmin müşavirədə bir məqam xüsusilə qeyd olundu: “Təkcə 2020-ci ilin yox, son 30 ilin vacib nəticəsi məhz bu ildə əldə edildi. Bu da Vətən Müharibəsindəki qələbəmizdir. Torpaqlarımızın işğaldan azad olunmasıdır. İndi bu sahədə hansı işlər görüləcək, nə etməliyik – kimi suallar və onların cavabları əsas məsələdir. Təbii ki, bütün sahələr üzrə dövlət proqramı formasında fəaliyyət planı hazırlanır”.

Elman Məmmədov söyləyib ki, bütün işlər paralel olaraq aparılacaq: “Yəni ərazilərin təhlükəsizliyinin təmin olunması, həmin yerlərin minalardan və başqa partlayıcı maddələrdən təmizlənməsi işləri ön plandadır. Bilmək olmur, bəlkə də bu murdar ermənilər özlərinə məxsus atom elektrik stansiyasının uzun illər ərzində yığılmış tullantılarını bizim vaxtilə işğal altında olan ərazilərimizdə basdırıblar. Su hövzələrimizi zəhərləyiblər. Bu kimi bir çox murdar işlər görüblər. Yəni bunların həlli istiqamətində işlər həyata keçiriləcək”.

Millət vəkilinin sözlərinə görə, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün hər cür şəraitin yaradılması məsələsi də həmin müşavirədə ön plana çəkildi: “Burada bütün inforstrukturun yaradılması – yollar, nəqliyyat məsələləri, rabitə, enerji, su, işıq, qaz – nəzərdə tutulur. Burada kənd təsərrüfatının inkişafı da xüsusilə önə çəkildi. Çünki işğaldan azad olunan rayonlar əsasən kənd təsərrüfatı istiqamətində inkişaf etmiş rayonlar olublar. Vaxtilə bu ərazilərdə aqrar sahələrə üstünlük verilib. Yenə də həmin rayonlarda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildi”.

Elman Məmmədovun fikrincə, post müharibə dövrünə aid məsələlərin həllində heç bir problem yaranmayacaq:

“Bütün məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaq. Hər şey tədricən icra olunacaq. Artıq bütün sahələr üzrə istiqamətlər müəyyən olunub və bir sıra istiqamətlər üzrə işə başlanılıb. Qarşıya konkret vəzifələr qoyulub, tapşırıqlar verilib. Bütün bu kimi işlərin görülməsində hər hansı proeblemin yaranacağını düşünmürəm”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm