Prezidentin bu ismarışları dünyaya xəbərdarlıqdır - Politoloq
Bizi izləyin

Qarabağ

Prezidentin bu ismarışları dünyaya xəbərdarlıqdır - Politoloq

"Ölkə başçısının Novruz bayramı günlərində Şuşaya səfər etməsi çox simvolik haldır. Yəni 44 günlük müharibədən sonra Prezident Şuşaya - Qarabağın, Azərbaycanın mədəniyyət paytaxtına səfər edir. Hətta ailəsi ilə birgə bayramı da orada keçirir. Bununla yanaşı, ölkə rəhbəri Şuşadakı bayram tonqalı ətrafında bir sıra bəyanatlarla çıxış etdi. Bir çox mesajlar göndərdi".

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşaya səfər etməsi və orada bayram tonqalı ətrafında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, ölkə başçısının mesajları, ismarışları həm də dünyaya bir xəbərdarlıqdır:

"Prezident əsgərlərimizin Şuşanı necə işğaldan azad etməsi ilə bağlı da danışdı. Şuşa ilə bağlı bir sıra tarixi aspektlərə toxundu. Qarabağın Azərbaycana məxsus olması məsələsi qaldırıldı. Digər tərəfdən, ölkə rəhbəri Ermənistanda revanşist şüarlar səsləndirənlərə də tutarlı cavablar verdi. Prezident bildirdi ki, Qarabağ və Şuşa artıq azad olunub və bu, əbədi xarakter daşıyır. Yəni yenidən kimsə Qarabağı, Şuşanı işğal etməyə cəhd göstərsə, layiqli cavabını alacaq. Hər halda dünya da, Ermənistan cəmiyyəti də ölkə başçısının bu mesajlarını eşitdi. Düşünürəm ki, onlar dövlət başçısının bu çıxışından müəyyən nəticə çıxarmalıdır. Prezident Qarabağın gələcəyi ilə bağlı da bir sıra fikirləri diqqətə çatdırdı. Dövlət başçısı söylədi ki, azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaq. Hazırda orada bərpa işləri aparılır. İşğaldan azad olunan ərazilərə artıq investisiyalar yatırılır. Bir çox şirkətlər Qarabağın bərpasında yaxından iştirak edəcək".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm