Qarabağ
Ağdamın yer üzündən silinməsinin şahidi olduq - Cibuti səfiri
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 57 ölkədən ibarətdir. Biz ilk dəfə işğaldan azad edilmiş ərazilərə getdik. Biz orada dağıntıların, Ağdamın yer üzündən silinməsinin şahidi olduq.
Publika.az-ın məlumatına görə, bunu Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, həmçinin münaqişədən əziyyət çəkən insanlarla da görüşüblər: “Gəncə şəhərində olduq. Raketlərin Gəncəyə vurduğu dağıntıları gördük. Məqsədimiz vəziyyəti yerində görmək, Azərbaycan hökuməti ilə müzakirələr aparmaq idi. Azərbaycan hökumətinə dəstək göstərəcəyik ki, həmin ərazilərdə həyatı yenidən bərpa etmək mümkün olsun. Biz üzv dövlətlərlə təmasları davam etdirəcəyik ki, Azərbaycana müvafiq dəstək göstərə bilək, orada məktəbləri, məscidləri bərpa edək. Biz şadıq ki, Azərbaycan öz torpaqlarını geri qaytardı”.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər









.jpg)






.webp)






















