Qarabağdakı ermənilər arasında koronavirus sürətlə artır
Bizi izləyin

Qarabağ

Qarabağdakı ermənilər arasında koronavirus sürətlə artır

Ötən gün Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlılarının məsuliyyət zonasında məskunlaşdırılan ermənilər arasında aparılan test yoxlaması nəticəsində daha 11 ermənidə yoluxma aşkarlanıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, ötən gün cəmi 57 test aparılıb. 57 testin 11-nin nəticəsinin müsbət çıxması isə ciddi faktdır.

Ümumilikdə builki yoluxma sayı 666-dır. Hazırda 27 nəfər xəstəxanada, qalanları evdə müalicə alır.

Qeyd edək ki, rus sülhməramlılarının Qarabağa köçürdüyü ermənilərin rəsmi sayı 52.700-dür. Rus sülhməramlıları onlara pulsuz tibbi xidmət də göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm