Putindən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Münaqişə...
Bizi izləyin

Qarabağ

Putindən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Münaqişə...

"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb".

Publika.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçılarını salamlayarkən bildirib.

"Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür", - o deyib.

Putinin sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, "ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə" kömək göstərmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm