Ermənilərin hücumu bu vaxta qədər davam edə bilər - Polkovnik AÇIQLADI
Bizi izləyin

Qarabağ

Ermənilərin hücumu bu vaxta qədər davam edə bilər - Polkovnik AÇIQLADI

Mütəmadi olaraq dövlət sərhədində bu cür hadisələr baş verir. Ermənistan ordusunun içində xüsusi dəstələr var və həmin hadisəni onlar törədir. Ancaq biz onların bu cür hərəkətlərini ciddi dəyərləndirmirik. Çünki Silahlı Qüvvələrimiz onların törətdiyi təxribatın qarşısını alır.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan dövləti rus sülhməramlıları ilə qarşılıqlı əlaqədədir və bu məsələni qısa bir zamanda həll edəcək: “Azərbaycan Ordusu hər şeyi öz nəzarəti altında saxlayıb. Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycan ərazisinin bir hissəsinə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Onların nəzarət etdiyi ərazidən Şuşa şəhərinə atəş açılıb. Ermənistanla sülh müqaviləsi bağlanana qədər bu cür hadisələr baş verə bilər. Orada yaşamağa davam edən insanlar da hələ ki, bizə dost nümayəndələr deyil. Biz bilirdik ki, qarlar əridikdən sonra terrorçu qruplaşmalar o bölgədə aktivlik göstərəcək. Müharibədən öncə Ermənistan tərəfindən həmin ərazilərə digər ölkələrdən muzdlu döyüşçülər gətirilib. Həmin döyüşçülərin indiyə qədər aqibəti bilinmir. Yəni onların hansı istiqamətdə yerləşdirildikləri və ya çıxarıldıqları haqda heç bir məlumat verilməyib. Ermənistanda seçkilər bitsə də, hakimiyyət hələ formalaşmayıb. Şuşada baş verən hadisəyə Azərbaycanın müvafiq dövlət qurumları nəzarət edir. Yəni burada fövqəladə nəsə yoxdur və Azərbaycan Ordusu bu cür hadisələrə hazırdır”.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bütün proseslərə nəzarət edir və təxribatların qarşısını alır: “Belə hadisələrin baş vermə ehtimal olmasaydı, rus sülhməramlılarına ehtiyac olmazdı. Onların əsas vəzifələrindən biri terrorçu qrupların zərərsizləşdirilməsidir. Baş vermiş hadisəylə bağlı istintaq işləri aparılır və bununla bağlı hər kəsə gələcək günlərdə məlumat veriləcək. Bundan əvvəl Ağdam ərazisinə də atəş açılmışdı. Azərbaycan belə hadisələri rus sülhməramlıları ilə həll edəcək. Hər kəs bilir ki, Ermənistanın daxilində müəyyən qruplar var ki, yeni münaqişə yaratmaq istəyirlər. Qarabağda bu cür təxribatlar törətməklə Azərbaycan ilə rus sülhməramlıları arasında soyuqluq yaratmaq arzusundadırlar. Bizim müvafiq güc strukturlarımız bütün əraziləri nəzarətdə saxlayır. Pilotsuz uçuş aparatları və digər vasitələrlə sülhməramlıların cavabdeh olduğu bölgələr izlənilir. Çünki bu ərazilərin böyük bir hissəsi minalanıb. Biz nəzərə alsaq ki, hələ də orada ermənilər yaşayır, onlar hansı ərazidə minaların olduğunu bilirlər. Yəni belə hadisələrin qarşısı alınıb və alınacaq. Bu cür təxribatlar olduğu müddətdə həmin terrorçu dəstələr ya həbs olunacaq, ya da məhv ediləcək”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm