Savaşın 9-cu günü: DTX ermənilərə aid GİZLİ SƏNƏDLƏRİ YAYDI, bu ərazilərimiz...
Bizi izləyin

Qarabağ

Savaşın 9-cu günü: DTX ermənilərə aid GİZLİ SƏNƏDLƏRİ YAYDI, bu ərazilərimiz...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

5 oktyabr 2020-ci il. Müharibənin 9-cu günü...

Saat - 00:01 - Prezident “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verdi.

Saat - 00:21 - Mingəçevirin atəşə tutulması nəticəsində 5 nəfər yaralandı

Ötən ilin bu günü Baş Prokurorluq Mingəçevirin atəşə tutulması nəticəsində 5 nəfərin yaralanması ilə bağlı məlumat yaydı: “Atılan 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib”.

Saat - 00:49 - Raketlərdən biri enerji blokunun yaxınlığına düşdü

2020-ci ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərin 1-i Mingəçevir şəhərində enerji blokunun yaxınlığına düşdü. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat verdi. O bildirdi ki, əraziyə düşən raket partlamayıb.

Saat - 03:13 - ANAMA 12 raket aşkarladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (2 ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (5 ədəd PQ-22, 3 ədəd PQ-9 və 4 ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar etdi.

Saat - 03:43 - Türkiyənin vitse-prezidenti Fuat Oktay Gəncənin atəşə tutulmasını PİSLƏDİ

“Ermənistan döyüş meydanındakı məğlubiyyətlərə Azərbaycanın dinc sakinlərini atəşə tutmaqla cavab verir. Buna bariz nümunə kimi Ermənistan sərhədindən 70 km aralıda yerləşən Gəncə şəhərinin raket atəşinə tutulması olub ki, bu da insanlığa qarşı törədilmiş cinayətdir”. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “Twitter” səhifəsində paylaşım etdi. Siyasətçi Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncənin dinc əhalisinin Ermənistan ərazisindən atəşə tutulmasını pislədi və qardaş Azərbaycan xalqına başsağlığı verdi.

Saat - 08:12 - Prezidentin köməkçisi “The London Post”a açıqlama verdi

Ötən ilin bu günü Böyük Britaniyanın “The London Post” portalı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını yaydı. Yayımlanan materialda Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslərin xəsarət aldığı və həlak olduğu, dövlət və özəl mülkiyyətə zərər dəydiyi qeyd olundu.

Saat - 09:37 - Türk dövlətindən Azərbaycana BÖYÜK DƏSTƏK

“Şimali Kipr Türk Cümhuriyyəti hər zaman azərbaycanlı qardaşlarının yanındadır”. Ötən ilin bu günü bu sözləri Cümhuriyyətin Baş naziri Ersin Tatar qatıldığı televiziya proqramında dedi. Ermənistanın Azərbaycana hücumlarını şiddətlə qınayan Tatar bildirdi ki, duaları, ürəkləri və təmənnaları Azərbaycanladır.

Saat - 09:53 - İşğaldan azad olunmuş ərazilərimizdə İLK AZAN SƏSİ

Ötən ilin bu günü uğurlu əməliyyatlar çərçivəsində düşmən qüvvələrdən təmizlənən bölgələrdən birində Azərbaycan əsgəri ilk azanı səsləndirdi.

Saat - 09:59 - Bayramov Borelə Gəncənin atəşə tutulması barədə məlumat verdi

2020-ci il oktyabrın 4-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutdu. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

Saat - 10:08 - Erməni futbolçu Qarabağda MƏHV EDİLDİ

Ermənistan Premyer Liqasında çıxış edən “Şirak” komandasının futbolçusu San Pavlik Manukyan Qarabağda döyüşlərdə məhv edildi.

Saat - 10:17 - Raketlərin Ermənistan ərazisindən atıldığı SÜBUT EDİLDİ

Saat - 11:00 - Ermənistan ordusu şəhərlərimizi yenidən ATƏŞƏ TUTDU

Ötən ilin bu günü şəhərlərimiz yenidən ermənilər tərəfindən atəşə tutuldu. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı. Bildirildi ki, həmin saatda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Saat - 11:07 - Ordumuz Araikin Şuşada “and içdiyi” binanı DARMADAĞIN ETDİ

Ötən ilin bu günü Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edildi.

Saat - 11:23 - Ermənistan itkilərinin ARTDIĞINI AÇIQLADI

Döyüşlərin 1 həftəsi tamamlanarkən Qondarma “Dağlıq Qarabağ” hökuməti daha 51 əsgərin öldürüldüyünü və bununla itkilərinin 198-ə çatdığını bildirdi. Ancaq Ermənistan ordusunun itkisi bundan qat-qat çox idi və onlar döyüşlərdə verdikləri itkinin miqyasını gizlətməkdə davam edirdilər.

Saat - 11:49 - Yaşayış məntəqələrimiz ATƏŞƏ TUTULDU

Ötən ilin bu günü Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı.

Saat - 12:07 - MN işğaldan azad edilmiş Talış kəndinin GÖRÜNTÜLƏRİNİ YAYDI

Saat - 12:16 - Ermənistan Gəncə, Beyləqan və Bərdəni ATƏŞƏ TUTDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və bəzi digər şəhərlərində əhalinin sıx yerləşdiyi mülki ərazilərə artilleriya və raketlərlə hücum etdi. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazdı.

Saat - 12:31 - Ermənilər tərəfindən 24 mülki şəxs qətlə yetirildi, 121 nəfər yaralandı - STATİSTİKA

Sentyabrın 27-dən oktyabrın 5-dək 24 mülki şəxs qətlə yetirildi, 121 nəfər yaralandı, 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdıldı. Bu barədə Azərbaycan XİN məlumat yaydı.

Saat - 12:43 - Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatlara hesabat göndərdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və ölkəmizdəki diplomatik nümayəndəliklərə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair Hesabat təqdim etdi.

Saat - 12:55 - Ermənistanın törətdikləri ilə bağlı 19 cinayət işi açıldı

Senyabrın 27-dən oktyabrın 5-dək Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi açıldı.

Saat - 13:08 - Ermənistan ordusu prokurorluq əməkdaşını yaraladı

Ötən ilin bu günü Baş Prokurorluğun bir əməkdaşı Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi nəticəsində yaralandı.

Saat - 13:47 - FHN Ermənistan ordusunun törətdiyi yanğınlarla bağlı məlumat yaydı

Saat - 13:49 - Ermənistan Xızı və Abşerona uzunmənzilli ballistik raketlər atdı

Saat - 15:11 - Xarici hərbi attaşelər üçün brifinq keçirildi

Saat - 15:50 - Çavuşoğludan Qarabağ açıqlaması

“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməlidir”. Ötən ilin bu günü bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında səsləndirdi.

Saat - 16:38 - Hikmət Hacıyevdən Ermənistan açıqlaması

“Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv artilleriya- raket hücumları, mülki insanları öldürmək məqsədi ilə həyata keçirilir”. Ötən ilin bu günü bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazdı. O bildirdi ki, hücumlar Ermənistanın həyata keçirdiyi dövlət terrorudur və bu hücumlardan Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır.

Saat - 16:41 - Ağcabədi şəhəri atəşə tutuldu

Ötən ilin bu günü Ağcabədi şəhəri atəşə tutuldu. Müdafiə Nazirliyindən bildirildi ki, Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutub, yaralılar var.

Saat - 16:59 - Ermənilərin daha 3 tankı MƏHV EDİLDİ

Ötən ilin bu günü düşmənin daha 3 tankı məhv edildi. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı. Bildirildi ki, Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun 3 ədəd tankı məhv edilib.

Saat - 17:02 - İlham Əliyev atəşkəsin ŞƏRTLƏRİNİ AÇIQLADI

“Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o, deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır”. Bunu ötən ilin bu günü Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində atəşkəsin şərtlərini açıqlayarkən dedi.

Saat - 17:31 - İlham Əliyev “TRT Haber” televiziya kanalına müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verdi. Ətraflı BURADA

Saat - 17:44 - Lavrovdan Qarabağ açıqlaması

“Rəsmi Moskva Dağlıq Qarabağ məsələsində Türkiyə və İranla təmasdadır”. Ötən ilin bu günü bunu Rusiyanın Xarici iİlər naziri Sergey Lavrov dedi.

Saat - 17:45 - Düşmənin 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi

Ötən ilin bu günü qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi.

Saat - 17:49 - Düşmənin Ağcabədiyə raket atması nəticəsində 5 yaşlı uşaq yaralandı

Saat - 08:08 - Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçdı

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yarandı. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı. Xəbərə əsasən, alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçdı. Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçdı.

Saat - 19:12 - Ordumuz düşmən texnikalarını ələ keçirdi

Ötən ilin bu günü Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarının fotolarını yayımladı.

Saat - 19:48 - Prezident Ermənistanın iyul təxribatının hədəfini AÇIQLADI

“İyul ayında Ermənistanın Tovuza hücumunun bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi”. Ötən ilin bu günü Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirdi.

Saat - 20:12 - Mehriban Əliyeva ermənilərin feyk xəbərləri ilə bağlı MÜRACİƏT ETDİ

Ötən ilin bu günü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilərin feyk xəbərləri ilə bağlı Azərbaycan xalqına müraciət etdi.

Saat - 20:24 - Gəncə növbəti dəfə ATƏŞƏ TUTULDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutdu. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı.

Saat - 20:36 - İlham Əliyev Gəncə terrorundan danışdı

“Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır”. Ötən ilin bu günü Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirdi.

Saat - 20:39 - Daha 3 kəndimiz işğaldan AZAD EDİLDİ

Ötən ilin bu günü daha 3 kəndimiz işğaldan azad olundu. Bu barədə Prezident İlham Əliyev “Twitter” səhifəsində paylaşım etdi: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”

Saat - 20:48 - Ermənilərin açdığı atəş nəticəsində 2 nəfər həlak oldu, 5-i yaralandı

Bu barədə Baş Prokurorluq məlumat yaydı.

Saat - 21:12 - Ceyhun Bayramov finlandiyalı həmkarına erməni təcavüzündən danışdı

Saat - 21:24 - Rəcəb Tayyib Ərdoğan Qarabağla bağlı dünyaya ÇAĞIRIŞ ETDİ

Saat - 21:48 - Ermənistanın terror cəhdlərinin qarşısı alındı

Ötən ilin bu günü saat 21 radələrində Ermənistan silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atdı, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmadı, mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəymədi. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan bildirildi.

Saat - 22:13 - Naxçıvan DTX Ermənistana aid mühüm sənədlər YAYDI

Saat - 22:49 - Lavrov Qarabağa görə Bakıya zəng etdi

Ötən ilin bu günü Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutdu.

Saat - 22:49 - Bu igid düşmənin 17 zirehli texnikasını MƏHV ETDİ

2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını 2020-ci il İkinci Qarabağ Müharibəsində də məhv etməkdə davam etdi. Bu barədə Müdafiə Nazirliyindən məlumat verildi. Bildirildi ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək düşmənin 11 zirehli texnikasını sıradan çıxarıb. Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm