Savaşın 13-cü günü: Ermənilərə HADRUT ZƏRBƏSİ, düşmən darmadağın edildi, ordumuz XANKƏNDİDƏ...
Bizi izləyin

Qarabağ

Savaşın 13-cü günü: Ermənilərə HADRUT ZƏRBƏSİ, düşmən darmadağın edildi, ordumuz XANKƏNDİDƏ...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

9 oktyabr 2020-ci il. Müharibənin 13-ci günü...

Saat - 00:49 - Putindən QARABAĞ AÇIQLAMASI

Ötən ili bu günü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdı. Rusiya Prezidenti müraciətində qeyd etdi ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır. Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərini danışıqlar aparmaq üçün Moskvaya dəvət etdi.

Saat - 08:00 - Ceyhun Bayramov Moskvaya dəvət edildi

Ötən ilin bu günü Azərbaycan və Ermənistan XİN rəhbərləri məsləhətləşmələrin aparılması üçün bu gün Moskvaya dəvət edildilər.

Saat - 09:45 - Cəbhədə şiddətli döyüşlər, ordumuz Xankəndidə erməniləri MƏHV ETDİ

2020-ci il oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam etdi. Ayın 8-də həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdıldı. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralandı, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edildi. Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edildi. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edildi və yaralandı.
8 oktyabr gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarıldı.
Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirildi.

Saat - 10:16 - İşğaldan azad edilən Cəbrayıl rayonunun GÖRÜNTÜLƏRİ

Saat - 10:49 - Ermənilər yenidən dinc sakinləri atəşə tutdu

Ötən ilin bu günü səhər saat 08 radələrindən başlayaraq işğalçı Ermənistan ordusu Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutdu. 09.10.2020-ci il tarixdə saat 09 radələrində Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəydi.

Saat - 11:03 - Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutdu

Saat - 14:07 - Düşmənin xeyli sayda hərbi texnikası MƏHV EDİLDİ və ƏLƏ KEÇİRİLDİ

Ötən ilin bu günü Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdi. Müdafiə Nazirliyindən bildirildi ki, düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirildi.

Saat - 14:24 - Düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə tutdu

Saat - 15:57 - Makron yenidən İlham Əliyevə ZƏNG ETDİ

2020-ci il oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə etdilər.

Saat - 16:39 - Ermənistanın raketi göydə zərərsizləşdirildi

Ötən ilin bu günü Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edildi.

Saat - 16:47 - İordaniyadan Ermənistanla bağlı sərt bəyanat

Ötən ilin bu günü İordaniya Haşimilər Krallığında fəaliyyət göstərən Azərbaycan diasporu işğalçı Ermənistanın son təxribatlarını pisləyən bəyanatla çıxış etdi.

Saat - 17:11 - Ordumuz Hadrutu və bir neçə yaşayış MƏNTƏQƏSİNİ AZAD ETDİ

Ötən ilin bu günü bir neçə yaşayış məntəqəsi azad edildi. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətdə dedi. Onun sözlərinə görə, Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı kəndi, Yuxarı Güzdək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edildi.

Saat - 17:51 - Prezident düşmənin məhv edilən və ələ keçirilən texnikasının siyahısını açıqladı

“Ermənistanın itkiləri barədə məlumat verirəm: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib".

Ötən ilin bu günü bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı dedi. “Qənimət kimi götürülmüş hərbi texnika isə aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”, - Prezident vurğuladı.

Saat - 18:12 - Düşmən yeni itkilərini açıqladı

Saat - 18:30 - İlham Əliyevdən Paşinyana SƏRT SÖZLƏR: Kimin dabanlarını yalayırsansa, yala, heç kim...

“Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən, yalvarırsansansa yalvar. Kimin ayağının altına yıxılırsansa, yıxıl. Kimin dabanlarını yalayırsansa, yala. Heç kim bizə təsir edə bilməz”.

Ötən ilin bu günü bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı dedi. “Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma yenə də işğalçıya, bəlkə də, sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan”, - ölkə başçısı əlavə etdi.

Saat - 19:00 - Ermənilər Ağdamı atəşə tutdu - YARALILAR OLDU

İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutdu. Həmin gün saat 14 radələrində Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu,1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu,1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilildi.

Saat - 19:12 - Erməni təxribatları nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

Baş Prokurorluq 2020-ci il sentyabrın 27-dən oktyabrın 9-i saat 17:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını açıqladı.

Həlak olmuş dinc sakinlərin sayı – 31
Yaralanmış dinc sakinlərin sayı – 168
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı – 1091
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı – 143
Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı - 45

Saat - 19:48 - Prezident İlham Əliyev xalqa müraciət etdi

Ötən ilin bu günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Ətraflı BURADA

Saat - 20:13 - Düşmənin zirehli texnikaları darmadağın edildi

Ötən ilin bu günü Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yaydı.

Saat - 20:39 - Düşmənin zabit heyətini aparan maşın HAVAYA UÇURULDU

Ötən ilin bu günü düşmənin 25 nəfər əsgər və zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə olarkən məhv edildi.

Saat - 20:58 - Prezidentin “The Connect World” verilişində müsahibəsi yayımlandı

2020-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN International” televiziya kanalının “The Connect World” verilişində müsahibəsi yayımlandı.

Saat - 21:04 - İşğaldan azad olunan Talış kəndinin görüntüləri yayımlandı

Saat - 22:49 - Düşməndən növbəti TƏXRİBAT: Hərbçilər bir-birini atəşə tutdular

2020-ci il oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olundu. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı. Bildirildi ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verdi və yanğın müşahidə olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm