Savaşın 25-ci günü: Prezidentdən QƏLƏBƏ XƏBƏRİ
Bizi izləyin

Qarabağ

Savaşın 25-ci günü: Prezidentdən QƏLƏBƏ XƏBƏRİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

21 oktyabr 2020-ci il. Müharibənin 25-ci günü...

Saat - 08:50 - Düşmənin mövqeləri ələ keçirildi, tabor komandiri MƏHV EDİLDİ

2020-ci il oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutdu. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edildi. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirildi, çoxlu sayda silah və sursat qənimət götürüldü. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edildi.
6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar oldu. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var idi. Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarıldı.

Saat - 09:04 - Tərtər rayonu atəşə tutuldu

Saat - 10:59 - Ermənistan ordusunun hərbi hissəsi məhv edildi - Döyüşə qayıtmaqdan imtina etdilər

Ötən ilin bu günü Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edildi. Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarıldı. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıtdı. Məlum oldu ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olundu. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olundu.

Saat - 11:22 - Ermənistanın qətlə yetirdiyi mülki şəxslərin sayı 63-ə çatdı

Saat - 11:35 - Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndinin görüntüsü yayımlandı

Saat - 11:53 - Ceyhun Bayramov Moskvaya getdi

Saat - 11:57 - Ermənistanın hərbi hissə komandiri və daha 3 zabiti məhv edildi

Saat - 12:53 - Müdafiə Nazirliyi məlumat yaydı

2020-ci ilin oktyabrın 21-də saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edildi.

Saat - 14:47 - Ermənistan ordusunun atıb qaçdığı döyüş texnikalarının görüntüsü yayımlandı

Saat - 15:30 - Ceyhun Bayramov Sergey Lavrovla görüşdü

Saat - 16:27 - Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

2021-ci il oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edildi. Belə ki, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vuruldu.

Saat - 20:19 - Prezidentdən QƏLƏBƏ XƏBƏRİ: Bu ərazilər işğaldan azad edildi

"Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 2020-ci ilin bu günü bu barədə Ali Baş Komandan İlham Əliyev "Twitter" səhifəsində paylaşım etdi. Ölkə başçısı həmçinin Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərinin işğaldan azad edildiyini açıqladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm