Qarabağ
Qarabağda Rusiya sülhməramlılarının NEÇƏ POSTU var?
Azərbaycanın Yuxarı Qarabağ bölgəsində və Ermənistana gedən Laçın yolunda təhlükəsizliyə məsul olan Rusiya hərbi kontingenti ərazidə 30 müşahidə postu qurub.
Publika.az bildirir ki, bu barədə "novator.az" Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verib. Xəbərdə qeyd olunur ki, postların 3-ü Laçın yolunun Ermənistana yaxın hissəsində, qalanları Yuxarı Qarabağdadır.
1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini, Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları gedir.
-
Magazin106:16Sonaxanım Əliyeva necə arıqladığını açıqladı - VİDEO
-
Magazin204:1440 yaşlı aktrisa özünəməxsus görünüşünü bərpa etdi - FOTO
-
Sağlamlıq03:43Narahatlıqdan qurtulmağın SADƏ YOLU - Həyəcan, depressiya və stressi də azaldır
-
Hadisə00:45İmişlidə traktorun altında qalan uşaq öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Subaylar üçün isə xoş sürprizlər ola bilər
-
Yaxın Şərq6 Avqust 23:24Suriyada mikroavtobus partladıldı - Ölənlər və yaralananlar var
-
İdman6 Avqust 22:58UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya uduzdu - YENİLƏNDİ
-
Magazin16 Avqust 22:48Məşhur rejissor Çimnaz Sultanovanın məzarından video paylaşdı









.jpg)

.png)
















.jpg)
.jpg)








