Sosial
Zakir Qaralovun vergi borcu iki qat artıb
Keçmiş baş prokuror Zakir Qaralova məxsus “Akkord Korporasiyası” ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, “Akkord–Mingəçevir Maşınqayırma Zavodu”nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi.
Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir.
Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu bildirilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb.
Qaralova məxsus “Qazax Sement Zavodu”, “Akkord General Construction”, “Akkord Asfalt”, “Akkord Hydrotechnical Construction Company”, “Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi”, “Akkord Mərmər Qranit”, “Akkord Novanord Construction”, “Akkord Nəqliyyat”, “Steel Force Construction Company”, “Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası”, “Akkord Tekstil”, “Building Construction Group”, “Property Investments”, “Accopen”, “Hydraulic Mechanisms Company”, “Property Investments-1” və digərləri şirkətlərin ümumi vergi borcunun məbləği təxminən 5 milyon manata yaxındır.
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı





































