Dünya
Dünyanı çətin günlər gözləyir: Noyabrın 11 və 12-də...
Qarşıdakı iki gün ərzində Yer kürəsində zəif maqnit qasırğaları proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. Bildirilir ki, qasırğanın səviyyəsi demək olar ki, G2 sinfinə çatacaq.
Alimlər vurğulayıblar ki, maqnit qasırğasının noyabrın 11-də başlayacağı gözlənilir. Bu gün səhər və günorta saatlarında şərait sakit olacaq, lakin axşama doğru bu vəziyyət dəyişəcək. Təxminən saat 18:00-da maqnit qasırğasının sinfi artmağa başlayacaq. Bir neçə saat sonra, gecə yarısı G2 sinfinə - zirvəyə çatacaq.
Maqnit qasırğasının aktivliyinin azalması yalnız noyabrın 12-də gözlənilir. Sonra isə aktivliyin səviyyəsi aşağı düşməyə başlayacaq.
Xatırladaq ki, Günəş son günlər kifayət qədər təlatümlü hərəkət edir. Noyabrın 9-da ulduzda güclü parlama baş verib. Alimlər hətta bunu videoya da çəkə biliblər. Hadisə daha bir maqnit qasırğası ilə müşayiət olunub.
Adəm
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı



































