Sosial
Azərbaycanda ən yüksək əməkhaqqı hansı sahələrdədir? - SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb. Təhlilin nəticələrinə əsasən ölkənin əmək bazarındakı əsas tendensiyalar və tələbat istiqamətləri müəyyən edilib.
Publika.az xəbər verir ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır.
Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2%), tikinti-quraşdırma şirkətləri (6,9%), otellər (4,9%) və tədris-təlim müəssisələri (4,7%) yer alır.
İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8%), mühasiblər (6,6%) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2%).
Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.
Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26,3%-ində əməkhaqqı açıq şəkildə göstərilib:
Orta əməkhaqqı – 965 manat
Median əməkhaqqı – 800 manat
Ən çox təklif olunan əməkhaqqı intervalı – 601–1000 manat
Ən yüksək orta əməkhaqqı İKT, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub.
Təhlillərə əsasən, 2025-ci ildə işəgötürənlər tərəfindən ən çox tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz nisbətilə üstünlük təşkil edir.
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı




































