Qırmızı.az
Bu gün Bakıda yağış yağacaq - Hava Proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 3-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°,
gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 760 mm civə
sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında gündüz, əsasən,
yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı
gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 15-20° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz, əsasən,
yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı
gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi
yerlərdə 14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında
gündüz, əsasən, yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə
yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 10-15° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında gündüz, əsasən,
yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı
gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, bəzi
yerlərdə 14° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-5° isti
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gündüz, əsasən, yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə
yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-7°, gündüz 12-17° , bəzi yerlərdə 22° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gündüz, əsasən, yağmursuz keçəcəyi, axşama
doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 4-6°, gündüz 10-15°, bəzi yerlərdə 19° isti,
dağlarda gecə 0-4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO