Qırmızı.az
Qənirə Paşayeva Malatyada görüş keçirib
Millət vəkili Qənirə Paşayeva Malatya İnönü Üniversitetinin
rektorü Cemil Çelik və Universitetdə təhsil alan azərbaycanlı
gənclərlə görüşüb.
Publika.Az xəbər verir ki, universitet rektoru Cemil Çelik qardaş
ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o
cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən
məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət
verdiklərini deyən Cemil Çelik Azərbaycanın bütün istiqamətlərdə
getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki
ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından
məmnunluğunu ifadə edib. O, Malatya Universitetinin də Azərbaycanla
əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Malatya
Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da
artmasından məmuniyyət duyduqlarını və onların burada təhsil
almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Q. Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Malatya Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Malatya Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inanıb.Q. Paşayeva rektorla Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. O, rektora Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden”, “Karadağlı Soykırımı tanıkların dilinden” ve “Bağanıs Ayrım Soykırımı tanıkların dilinden “ kitablarını ve digər kitablarını hədiyyət edib.
Q. Paşayeva rektoru Azərbaycana dəvət edib. Rektor dəvəti məmnuniyyətlə qəbul edib və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva həmçinin Malatya İnönü Üniversitetində təhsil alan azərbaycanlı gənclərlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Q. Paşayeva azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü