Şəmkirdə ağaca çırpılan maşın yanıb
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə ağaca çırpılan maşın yanıb

Ötən axşam Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Ötən axşam Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayon mərkəzindən 6 km aralı yerləşən Dəllər Cəyir kəndində vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində yük avtomobilinin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm