Qırmızı.az
Nazirliyə minə yaxın şikayət daxil olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”inə bu ilin aprel-iyun ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə 955 şikayət daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
şikayətlərdən 901-i Nazirliyin əməkdaşları tərəfindən yerində
araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin
araşdırılması isə hazırda davam etdirilir.
Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin
olması, məişət tullantılarının qalaqlanması, çirkab suların
axıdılması, atmosfer havasının çirklənməsi, yerin təkindən
istifadə, flora və faunanın mühafizəsi və s. ilə əlaqədar
olub.
Belə ki, 2015-ci ilin aprel-iyun ayları ərzində daxil olmuş
şikayətlər əsasında Ətraf Mühitin Mühafizəsi Departamentinə
göndərilmiş 301 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq
Departamentinə göndərilmiş 44 şikayət, İstehsalat Siyasəti şöbəsinə
göndərilmiş 10 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər
görülüb.
Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 457 şikayətdən 451-i,
Meşələrin İnkişafı Departamentinə göndərilmiş 80 şikayətdən 65-i,
Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 52 şikayətdən 24-ü,
Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi
Departamentinə göndərilmiş 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinə göndərilmiş 4 şikayətdən 1-i üzrə araşdırma
aparılaraq qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin
araşdırılması davam etdirilir.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO