Zakir Həsənov Rauf Arifoğlunu təbrik etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Rauf Arifoğlunu təbrik etdi - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Yeni Müsavat” qəzetinin baş redaktoru Raufoğluya Milli Mətbuat günü və “Əməkdar jurnalist” fəxri adı alması münasibətilə təbrik məktubu yollayıb.

Məktubda deyilir:

“Hörmətli Rauf müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivi Silahlı Qüvvələrin Şəxsi Heyəti və öz adımdan Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə daha böyük yaradıcılıq uğurları arzulayıram.

Xalqımızın görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə əsasi qoyulan Milli Mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçmiş, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuş, ümumdünya informasiya şəbəkəsindəki çəkisi artmış, rəqa¬bət fəaliyyəti xeyli yüksəlmişdir.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsa¬sən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edil¬məsi, fəxri adlara layiq görülməsi silahlı qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olmuşdur.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, kütləvi informasiya va¬sitələri bundan sonra da daha peşəkar, obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azər¬baycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mət¬buatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də silahlı qüv¬vələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə öz layiqli töhfələrini verəcəkdir.

Sizi bir daha Milli Mətbuatımızın 140 illik yubileyi münasibəti ilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə, Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov

- See more at: http://axar.az/news/58915#ad-image-0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm